"Xəzər Lənkəran" makedoniyalı ilə müqavilə imzaladı RƏSMİ TRANSFER

29.01.2014 | 4498 dəfə oxunub

"Xəzər Lənkəran" makedoniyalı Deyan Blajevskini heyətinə cəlb edib. Stadium.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, futbolçu ilə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb. Hücumda və yarımmüdafiənin solunda çıxış edən 28 yaşlı Blajevski peşəkar yoluna yerli "Pelister"də başlayıb. 2008-ci ildən etibarən futbolçunun karyerasında Yunanıstan dönəminə start verilib. "Asteras", "Veria" və "Pierikos"da çıxış etdikdən sonra, Deyan ölkəsinin "Turnovo" klubu ilə müqavilə imzalayıb.

 Bu komandada iki ilə 40 qola imza atan futbolçu, hazırkı mövsümün ilk yarısından sonra Makedoniya çempionatının bombardirlər siyahısına başçılıq edir (19 qol). Makedoniya milli komandasının heyətində iki oyun keçirmiş Blajevski, burada da bir dəfə fərqlənməyi bacarıb. Xatırladaq ki, “Xəzər Lənkəran” cari qış transfer pəncərəsində bundan əvvəl Slavik Alxasov, Orxan Əliyev, Vyekoslav Tomiç və Tyeqo de Jesusun keçidini rəsmiləşdirmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail