"AFFA-dan heç bir tapşırıq almamışam" MÜSAHİBƏ

29.01.2014 | 4711 dəfə oxunub

Sankt-Peterburqda Valentin Qranatkin turniri keçirildi. U-19-u da Rusiyanın ikinci böyük şəhərinə dəvət etmişdilər. Həmişəki kimi. Bu, Nikolay Adamın ilk sınağı idi. İki ay öncəyədək baş məşqçisi olduğu U-17-ni “ağ günə çıxaran” alman bu dəfə yeni gətirildiyi postda özünü göstərməli idi. "Göstərdi". Turnirin 13-cüsü olduq. Olmaz olsun, belə nəticə. Heç nəticə də deməyək buna. Yığma 3 ildi 13-dən yuxarı qalxmır. Kapitan Mirkamil Həşimlinin komandanın tərəfini yerə verməyəcəyimi bilsəm də, gözləməzdim ki, o, dilindən tərif çıxara. Həm lideri olduğu millini, həm də Adamın özünü.

 

Milli Qranatkin turnirində 13-cü oldu. Belə zəif çıxışa nə ad verirsən?
- Turnir yaxşı keçdi. Yeni yığılmış komandaydıq. Özü də ilk turnirimizə çıxırdıq. Hazırlaşmaq üçün vaxtımız az oldu. Özümüzü göstərməyə çalışdıq. İnşallah, komandamız sözünü deyəcək.

 İki qələbəni də penaltilər seriyasında qazandız. Komanda normal oyun sərgiləmədi. Yaxşı nəyə deyirsən? 

- Yer tutmaq barədə danışmayacam. Bu, o qədər də önəmli deyil. Sırf oyunu götürsək, birincidən sonuncuya kimi get-gedə "artıran" komanda oyunu vardı bizdə. Deiyilən qədər pis oynamadıq. Xal itirdiyimiz matçları da qələbəylə başa vurmaq mümkün idi. Fürsətlərdən yararlana bilmirdik. Azca diqqətli və dəqiq olsaydıq, turniri bəlkə də 3-cü pillədə başa vurmuşduq.
 

Reallıq bunu demir...

- Məncə, yaxşı komandamız var. 
 

Ağızdolusu danışırısan yığma haqda. 

- Bütün oyunlarda yaxşı mübarizə apardıq. Ən yaxşısı Yunanıstana qarşı oldu. Onları öz qapılarına sıxmışdıq, heç nə edə bilmirdilər. Heyf, son saniyələrdə qapımıza qol vurdular. Yaponlarla da əla oynadıq. İkinci hissədə qol vurmaq üçün çoxlu imkan yaxaladıq. Özümüz də ikinci hissədə bu cür yaxşı oynayacağımızı gözləmirdik. Belarus və Litvayla bərabər oyun getdi. 

İddialı danışırsan danışmağına. Ancaq ortada heç nə yoxdu. Piterdə 13-cü yeri tutan millinin gələcəyindən nə gözləyək?

- Hər şey yaxşı olacaq, vaxt lazımdı. Komandamız çox güclüdü, oyundan-oyuna bunu göstəririk. 

Sizinki elə Litva, Latviya və Estoniya kimi rəqiblərlə oynamaqdı...

- Neyləyək? Onlarla düşmüşdük də... Pis komanda deyillər.

 Arif Əsədov səni U-19-a çağırmırdı. Nilolay Adam isə əksinə. Sən dəyişmisən, yoxsa baş məşqçi?

- Arif Əsədov 1995-ci il təvəllüdlərə baxırdı. Mənə dəxlisi yox idi, baş məşqçim deyildi.
Əsədov keçən ilin ortalarında səni toplanışa çağırdı. İsveçə səfər öncəsi isə heyətdə yox idin.

 Amma iddia edirsən ki, Əsədovun mənə dəxli yox idi. Sözünə necə inanaq?

- Ötən il U-19-da 1995-ci il təvəllüdlü uşaqlar var idi. Belə də ki, düz deyirsən, Arif Əsədovdan dəvət gəlmirdi mənə. Neynəyim? İndi çağırdılar, gəldim. Adam güvənir də.

 Özü də kapitan sarğısını sənə etibar edib.

- Kapitanlıq barəsində danışmaq istəmirəm.

 İndi nə oldu?

- Heç... Böyük məsələ deyil. Özümə lazım bilmirəm kapitanlıq barədə danışmağı.

 Pis bir şeydi ki, kapitan sarğısı daşımaq?

- Xahiş edirəm, başqa suallar ver.

 Adam oyunu əsasən sənin üzərində qurur. Turnirdən sonra, yəqin ki, sizinlə söhbəti oldu. Nəsə dedi?

- Heç nə demədi.

 Düzdü, guya, nə deyəsidi ki? Adi turnirdə 13-cü yer tutan komandanın yaxın gələcəkdə əsas millinin özəyini təşkil edəcəyini düşünəndə, məni dəhşət bürüyür. 

- Biz pis oynayıb, 13-cü yer tutmadıq. Haqqımız o yer deyildi, belə alındı da. Gələcək üçün ümid verən komandayıq. Avropa çempionatına kimi komanda özünü tutacaq. Inanmiram ki, hamı sizin kimi düşünür. Piterdəki azarkeşlər bizi dəstəkləyirdi.
 

Əsasən bu cür turnirlərdə menecerlər gəncləri izləyir, üzə çıxarır. Səninlə kimsə maraqlandı?

- Görmədim.

Özünü yaxşı tərəfdən göstərə bilməmisən də...

- Əksinə.
 

Onda niyə belə konkret danışırsan? AFFA-dan tapşırıq var?

- Nə tapşırıq? Mən nə dedim ki, elə düşündün? Demək istəyirəm ki, özümü pis tərəfdən göstərmədim. Amma özümə heç vaxt yaxşı da deməmişəm. Elə desəm, məndə irəliləyiş olmaz. Həmişə oynunda səhv axtarasan ki, nələrisə artıra biləsən.

Bir ara sosial şəbəkədə Ərsun Yanalla şəkilllərini paylaşmışdın. Gözdən pərdə asırdın?

- Başa düşmədim. Pərdə asmaq nə deməkdi? Mən məşqlərə çıxırdım, orda da şəkillərimi çəkmişdilər. 

O, səni 1-2 dəfə məşqə çağırdı. Bəs sonra nə oldu? 

- Yenə çağıracaq. Axırıncı dəfə milliyə gemtəmişdən əvvəl əsas komandayla məşqə çıxdım. Bu gün biz 19 yaşıların ölkə çempionatına hazırlaşırıq, Yanal isə onları Antalya toplanışına aparıb.

Miri, sanki inkişafdan qalmısan, fərqindəsən?

- İnkişafdan qalsaydım, “Fənərbaxça” kimi klubda oynamazdım.

Nə olsun? Yuxarı qalxa bilmirsən.

- Gələn il A2 komandasında olacam. Burda yaşına uyğun komandada oynayırsan. 

Azərbaycana qayıtmaq fikrindən keçmir?
- Birinci düşüncəm “Fənər”di. 

Bir ara “Neftçi”yə geri çağırılacağın söylənilirdi. Nə yerdə qaldı o məsələ?

- Eşitməmişəm. Təklif gəlsə, fikirləşmək olar. Bu gün deyə bilmərəm ki, qayıdıram. Çünki “Fənər”in oyunçusuyam. 

“Neftçi”dən sənlə danışan olmayıb?

- Yox (gülür).

Bu gülüş nəsə olduğuna işarədi?

- Olsa, gizlətməzdim.

İlqar Qurbanov da 12 il əvvəl “Fənərbaxça”nın əvəzedici komandasında çıxış edirdi. Pulu üstün tutub, qaça-qaça gəldi Azərbaycana. Birdən sən də onun etdiyi səhvi təkrarlamaq istəyərsən a!

- Gələcək göstərəcək. Bəlkə İlqar özünə görə səhv etməyib. Mən kiminsə karyerasına görə öz karyeramı qurmuram. 

Təki sən deyən olsun!

- Sağ ol!

 

"SPORT FAVORİT"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail