"Sumqayıt"ın futbolçusu azarkeşləri söydü

29.01.2014 | 4752 dəfə oxunub

AFFA İntizam Komitəsinin qərarları:

23 dekabr 2013-cü il Bakcell U-17 Liqasının “Sumqayıt” - “İnter” matçının 45-ci dəqiqəsində “Sumqayıt” klubunun 11 №-li futbolçusu İbrahim Abdullayev azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Lakin oyun başa çatdıqdan sonra adıçəkilən futbolçu hakimə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəzalanır (maddə 38.5).

Oyunun 62-ci dəqiqəsində “İnter” klubunun 7 №-li futbolçusu Ozal Həsənovla klubun 9 №-li futbolçusu İsgəndər Paşalı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

26 dekabr 2013-cü il U-16 Liqasının “Simurq” - “Neftçi” matçının 80-ci dəqiqəsində “Simurq" klubunun 15 №-li futbolçusu Firuddin Mövsümov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

24 dekabr 2013-cü il U-15 Liqasının “Lokomotiv” - “Neft Qaz” matçının 46-cı dəqiqəsində “Lokomotiv” klubunun məşqçisi Kamen Vasiliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır (maddə 42.4).

24 dekabr 2013-cü il U-15 Liqasının “Sumqayıt” - “Bakı” matçının 65-ci dəqiqəsində “Bakı” klubunun məşqçisi İlyas Qurbanov texniki zona qaydalarını pozduğuna meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 62).

24 dekabr 2013-cü il U-15 Liqasının AZAL - “Quba”OK matçının 35-ci dəqiqəsində AZAL klubunun 14 №-li futbolçusu Cəfər Musayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
Oyunun 35-ci dəqiqəsində “Quba”OK klubunun 11 №-li futbolçusu Tural Həbibov aqressiv hərəkət etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

24 dekabr 2013-cü il U-15 Liqasının “MKT Araz” - “Şirvan” matçında “MKT Araz” klubunun 4 №-li futbolçusu Nəbi Həsənzadə oyunu buraxmalı olduğu halda matçda iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).

15 dekabr 2013-cü il Atena U-12 Liqasının “İnter” - “Todo” matçının 35-ci dəqiqəsində “Todo” klubunun baş məşqçisi Emil İbrahimov hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanır (maddə 42.5).
Oyunun 35-ci dəqiqəsində “Todo” klubu meydanı tərk etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Hesab 4:0 rəqib komandanın xeyrinə olduğu səbəbindən matçın hesabı olduğu kimi saxlanılır (maddə 53).

18 yanvar 2014-cü il Həvəskarlar arasında Ölkə birinciliyinin “Çağıran” - “Qaraçala” matçının 84-cü dəqiqəsində “Qaraçala” klubunun 77 №-li futbolçusu Bəxtiyar Əhmədov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail