Sabah Premyer Liqa oyunları başlayacaq?

31.01.2014 | 4902 dəfə oxunub


Topaz Premyer Liqa: oyunlar baş tutacaqmı?

Azərbaycana yağan güclü qar səbəbindən sabah keçirilməsi gözlənilən Topaz Premyer Liqanın 19-cu turunun oyunlarının keçirilib-keçirilməyəcəyi hələ dəqiqləşməyib. Stadium.az xəbər verir ki, bu haqda Qol.Az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

Onun sözlərinə görə, PFL bütün klublara meydançaları qar təmizləmək haqda xəbərdarlıq edib. “Hal-hazırkı vəziyyətdə oyunları keçirmək olar. Amma bu gün axşam və sabah üçün də qar yağacağı proqnozlaşdırıldığından matçların keçiriləcəyi ilə bağlı qəti söz demək olmur. Sabah AFFA nümayəndələri, hakim-inspektorlar və hakimlər stadionlarda meydançanın durumunu bir daha yoxlayacaqlar. Əgər hava şəraiti imkan versə, matçlar baş tutacaq, əks halda 21-ci turun oyunlarının təxirə salınması mümkündür”.

Topaz Premyer Liqada qış fasiləsinə sabah yekun vurulur. Fevralın 1-də “Qarabağ” “Xəzər Lənkəran”ı, “Sumqayıt” “Qəbələ”ni, fevralın 2-də “İnter” AZAL-ı, “Bakı” “Rəvan”ı, “Neftçi” isə “Simurq”u qəbul edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail