Marat İzmayıov rəsmən "Qəbələ"də!

31.01.2014 | 3892 dəfə oxunub

“Qəbələ” İdman Klubunun peşəkar futbolçu Marat İzmaylovun icarə əsasında kluba keçidi üçün Portuqaliyanın “Portu” klubu və futbolçu ilə apardığı danışıqlar müsbət nəticələnib. 


Stadium.az klubun rəsmi saytına istinadən məlumatına görə,rusiyalı futbolçu ilə 2014-cü ilin iyun ayının 30-dək müqavilə imzalanıb.

1982-ci ildə Moskvada anadan olan İzmaylov peşəkar futbolçu karyerasına 2000-ci ildə “Lokomotiv”in əvəzedici heyətində başlayıb. Moskva təmsilçisinin ikinci komandasında 18 oyun keçirən və 1 qola imza atan futbolçu qısa müddət sonra “Lokomotiv”in əsas heyətində debüt edib. “Dəmiryolçular”ın heyətində 7 il çıxış edən Marat bu müddət ərzində 2 dəfə Rusiya çempionluğu sevinci yaşayıb. 1 dəfə Rusiya Kubokuna, 2 dəfə isə Rusiya Superkubokuna sahib olub. 

2007-ci ildən bu yana karyerasını Portuqaliyada davam etdirən İzmaylov “Sportinq” Lissabon (2007-2013) və “Portu”nun (2013) şərəfini qoruyub. Futbolçu “Sportinq”in heyətində 1 dəfə Portuqaliya Kubokunun, 2 dəfə isə Portuqaliya Superkubokunun qalibi olub. Marat Portuqaliya Çempionluğu sevincini isə ötən mövsüm “Portu”da yaşayıb. O, bu komanda ilə həmçinin ölkə Superkubokuna da sahib olub. 35 dəfə Rusiya yığmasının formasını geyinən Maratın hesabında 2 qol var.  Qeyd edək ki, Marat İzmayılov indiyənə qədər Azərbaycana gələn legioner futbolçular arasında ən popyuları sayılır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail