"Xəzər Lənkəran"15-ci dəfə “Qarabağ”la səfərdə görüşəcək

01.02.2014 | 3654 dəfə oxunub

"Xəzər Lənkəran" 2014-cü ildə ilk rəsmi oyununu Topaz Premyer Liqasının XIX turunda keçirəcək. Stadium.az klubun saytına istinadən verdiyi məlumata görə, mövsümün ikinci yarısına Mustafa Dənizlinin futbolçuları "Qarabağa" qarşı səfər oyunu ilə başlayacaq. Çempionatın lideri ilə qarşılaşma “ağ-yaşıllar”ın bu rəqiblə 29-cu dueli olacaq. Bakıda baş tutacaq matçadək Azərbaycan kubokunda 2 dəfə görüşən komandalar çempionat çərçivəsində 27-ci dəfə üz-üzə gələcək.
 
İndiyədək keçirilən 28 qarşılaşmada “Qarabağ” daha çox qələbə qazanıb – 13 dəfə. Lənkəran təmsilçisi isə 11 dəfə rəqibindən üstün olub. Komandalardan hərəsi qələbələrindən birini ölkə kubokunda əldə edib. 4 görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində isə “Xəzər Lənkəran” üstünlüyə malikdir. Kubokda hər komanda eyni sayda - 2 qol vursa da, çempionatda qazanılan böyükhesablı qələbələr sayəsində “ağ-yaşıllar” cəmi iki top öndədir – 31:29. Ümumilikdə "Xəzər Lənkəran" 3 dəfə rəqibini 3 və ya daha çox top fərqilə məğlub edib və cəmi 1 dəfə belə ağır yenilgi alıb. Bu da son qarşılaşmaya təsadüf edib.
 
Son 3 qarşılaşmada uduzan "Xəzər Lənkəran"15-ci dəfə “Qarabağ”la səfərdə görüşəcək. Rəqib meydanındakı 14 oyunda 3 qələbəsi olan Xəzər Lənkəran” 1 heç-heçə edib və 10 dəfə uduzub. “Qarabağ” öz meydanında top fərqində öndədir – 18:13.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail