Oğuz Çətin: "Oyunçuları təbrik edirəm, fədakar oyun göstərdilər"

01.02.2014 | 4286 dəfə oxunub

Topaz Premyer Liqasının 19-cu turunun açılış oyununda “Xəzər Lənkəran” səfərdə “Qarabağ”la qarşılaşdı. Stadium.az xəbər verir ki, maraqlı idman mübarizəsində keçən oyun qonaq komandanın minimal hesablı qələbəsi ilə başa çatdı – 1:0. “Xəzər Lənkəran”ın qələbə qolu Manuel Skarlatakenin hesabındadır. Oyundan sonra Lənkəran klubunun məşqçisi Oğuz Çetin "Qarabağ" qələbəsi barədə bunları dedi: “Mustafa Denizli özünü yaxşı hiss etmədiyi üçün xəstəxanaya yerləşdirilib. Çox çətin rəqibə, həm də çempionatın liderinə qarşı oynadıq. Bu cür oyunda qalib gəlmək çətindi. Çox dəyərli məşqçi ilə çalışırıq. Mənim vasitəmlə bütün tapşırıqlarını futbolçulara çatdırdı. Oyunçuları təbrik edirəm, fədakar oyun göstərdilər. Turnir cədvəlində bizdən irəlidə gedən komandalara çatmaq üçün bu cür oyunlarda qalib gəlməliyik. Skarlatake dayaq yarımmüdafiəçisi kimi çox yaxşı oynadı, razı qaldıq. İlk 11-liyi Mustafa Denizli müəyyənləşdirmişdi. Cismən burada olmasa da, mənəvi cəhətdən bizim yanımızda idi. Tam hazır olduğumuzu deyə bilmərəm, amma hər oyunda daha da yaxşı olacağımıza inanıram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail