"Xəzər Lənkəran" üç futbolçunu birdən aldı

24.06.2011 | 4721 dəfə oxunub

«Xəzər Lənkəran» yay transfer dövründə üç transferi birdən gerçəkləşdirib.

rn

Bu barədə klubun vitse-prezidenti Tuyqun Nadirovun məlumat verib. Portuqaliyalı hücumçu Coa Paulo Pinto Ribero, nigeriyalı forvard Toçin Dosunmu və ruminiyalı yarımmüdafiəçi Marius Onofraşun keçidi məsələsi həll edilib. O, bu futbolçularla yaxın günlərdə müqavilə bağlanacağını söyləyib.Xatirladaq ki, 1980-cı il təvəllüdlü Coa Paola Pinto Ribero Portuqaliyanın «Boavişta», «Aves», «Fierense», «Viktoriya», «Beira-Mar», «Estoril», «Pakuş Fereyra», «Unio Leiria», «Leyşoeş», İspaniyanın «Tenerife», Rumıniyanın «Rapid» klublarında oynayıb. O, son mövsümü Kiprin «Olimpiakos» (Nikosia) komandasında keçirib və 23 oyunda 13 qola imza atıb. Portuqaliyanın U-21 millisində 9 oyun keçirib. 

rn

1980-cı il təvəllüdlü Tosin Dosunmu isə «Mexelen», «Avstriya» (Vyana), «Nansi» (Fransa), «Jerminal» (Belçika) kimi klublarda çıxış edib. 2004-cü ildə Nigeriya millisində bir oyunda meydana çıxıb.

rn

Marius Onofraşa gəlincə, əslən İaşidən olan Marius yerli "Politexnika"nın yetirməsidir. 2000-ci ildə doğma komandanı tərk edən hücuma meylli futbolçu 2004-cü ilədək "Braşov"da oynadıqdan sonra yenidən İaşi təmsilçisinə qayıdıb. 2006-10-cu illərdə "Unirea"da top qovan Onofraş 2008/09 mövsümündə Rumıniya çempionu olub. Ötən yay "Styaua"ya keçən yarımmüdafiəçi son mövsümdə 13 oyuna 2 qol vurub. Rumıniya çempionatlarında 262 oyuna 40 qol vuran futbolçu avrokuboklarda 13 matçda 1 dəfə fərqlənib. Həmin yeganə qol isə 2009/10 mövsümündə keçirilən "Unirea" - "Reyncers" matçına təsadüf edib. 88-ci dəqiqədə fərqlənən Marius şotlandiyalılarla görüşdə hesabı bərabərləşdirib.

Mənbə:qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail