Marat İzmayılov: "Məhz bu faktorlar "Qəbələ"ni seçməyimə səbəb oldu"

02.02.2014 | 4492 dəfə oxunub

"Komanda haqda ilkin təəssüratlarım müsbətdir. Heyətə qoşulduğum gündən heç bir problemlə üzləşməmişəm. Ətrafımda baş verənləri diqqətlə izləyirəm və hər şeydən çox razıyam. Artıq bir neçə məşqdə iştirak etmişəm. Kollektivi görəndən sonra əmin oldum ki, buraya gəlməklə düzgün seçim etmişəm". Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yeni futbolçusu Marat İzmaylov deyib.

Yeni komandası haqda ilkin təəssüratlarını bölüşən rusiyalı legioner seçimində rol oynayan faktorlardan və hədəflərindən danışıb: "Qəbələ" haqqında öncədən məlumatım var idi. Yuri Syominin "Qəbələ"nin baş məşqçisi təyin olunduğu vaxtdan komandanın nəticələrini diqqətdə saxlayırdım. "Qırmızı-qaralar"ın mövsümün ilk yarısını uğurlu keçirdiyini demək olar. Komandanın bazası, futbol oynamaq üçün gözəl şəraiti olduğunu bilirəm. Məhz bu faktorlar "Qəbələ"ni seçməyimə səbəb oldu. Hədəfim yeni komandama çempion olmaqda və ölkə kubokunu qazanmaqda yardımçı olmaqdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail