"İkinci hissədə yaxşı müdafiə olunduq"

03.02.2014 | 3844 dəfə oxunub

“Sloveniyalılara uduzmaqla, özümüz öz həyatımızı çətinləşdirdik. Qrup mərhələsinin ilk oyununda, hansı ki, orada cəmi 3 komanda oynayır, məğlubiyyət həlledici ola bilərdi”. Stadium.az xəbər verir ki, bu sözləri futzal üzrə İtaliya yığmasının baş məşqçisi Roberto Menikelli deyib.

 Millimiz Avropa çempionatının final mərhələsində keçirdiyi ikinci oyunda İtaliyaya 0:7 hesabı ilə uduzaraq, mübarizəni dayandırdı. Oyundan sonra fikirlərini bölüşən rəqib komandanın baş məşqçisi qələbəyə layiq olduqlarını söyləyib: “Bu oyuna köklənmişdik. Çətin idi, xüsusilə də psixoloji cəhətdən, ancaq öhdəsindən gəldik. Qələbə oyunçularımızın əməyinin nəticəsidir, bunu qeyd etmək istərdim. Oyunun əvvəlindən hər şey istədiyimiz kimi alındı, ikinci hissədə yaxşı müdafiə olunduq. Stefano Mammarella müstəsna insandır. Üstəlik, yaxşı qapıçıdır, bunu bu gün bir daha sübut etdi. Onun ad gününü mehmanxanada üzərində şamlar olan tortla təbrik etmişdik. Biz 1/4 finaldayıq, artıq rahat nəfəs almaq olar. Dəfələrlə söyləmişəm: futzalın keyfiyyəti o qədər yüksəlib ki, bir çox komandalar böyük hədəflər uğrunda mübarizə aparırlar. 1/4 finalda istənilən komada digərini məğlub edə bilər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail