"Xəzər-Lənkəran" üçün nigeriyalı bombardir

24.06.2011 | 7344 dəfə oxunub

“Xəzər Lənkəran” klubunun düşərgəsinə daha bir yeni legioner gəlib. Stadium.Az saytı xəbər verir ki,  Belçikanın “Jerminal” klubunun nigeriyalı hücumçusu Tosun Dosunmu Lənkəran təmsilçisinin Avstriyadakı təlim-məşq toplanışında baxışdadır.

Nigeriya millisində 1 oyun keçirən Tosunun karyerası daha çox Belçikaya bağlı olub. O, Vyananın “Austriya” (2004-05, 23 oyun, 4 qol) və Fransanın “Nansi” (2006-07, 11 oyun, 1 qol) klubunun da şərəfini qoruyub.

Dosunmu Belçikada daha çox formasını geydiyi “Jerminal”ın (2005-06, 2007-10, 114 oyun, 33 qol) heyətində debüt mövsümündə 18 qolla çempionatın bombardiri olub. O, 2008-ci ilin yayında İntertoto kubokunda Bakının “Neftçi” klubu ilə oyunlarda iştirak edib. Bu il Hollandiyanın II divizion təmsilçisi “Maastrit” klubuna icarəyə verən Tosun 12 oyunda 3 qol vurub.

“Braqa”dan gəldiyi deyilən portuqaliyalı hücumçunun kimliyi müəyyənləşib.

Bu, 31 yaşlı Joao Paulo Pinto Ribeyrodur. Əslində isə o, “Braqa”da yox, vətənində bir sıra başqa klublarda oynayıb. “Boavişta”nın yetirməsi olan Ribeyro İspaniyada “Tenerife”də çıxış edib. 2008-10-cu illərdə Buxarest “Rapid”inin şərəfini qoruyan Joao həmin komandadan Mirça Rednikə tanışdır.

Belə ki, “Xəzər Lənkəran”ın rumıniyalı çalışdırıcısı 3 il öncə “Rapid”in baş məşqçisi olub. Lənkəran təmsilçisindən gedən kosta-rikalı Uinston Parksı əvəzləyəcək Ribeyro son illərdə Kiprin “Olimpiakos” klubunda oynayıb.

apasport.az


  #3   Adınız: Rufat Rahmatov;   E-mail: ---

25.06.2011 04:22

Ümüd edək ki Xəzər Lənkaran ondanda daha səviyəli oyuçu alacaq mən buna inanıram.

  #2   Adınız: Rufat Rahmatov ;   E-mail: ---

25.06.2011 04:21

Məncə gedəni saxlamazlar Parks getməyi üstün tutubsa ona rəhbərlik nə etsın.Parksın kişiliyi olsaydı getməzdi deyərdi ki Xəzəri yarı yolda qoyub gedə bilmərəm.

  #1   Adınız: Sabuhi Badalov;   E-mail: ---

25.06.2011 04:07

Acigi deyim bunlari beyenmedim...,parksin yerini vermezler,Mene indiki oyunu lazimdi,4 il bundan qabag ki,deyil...

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail