Premyer Liqamızda növbəti rekord qeydə alındı
Topaz Premyer Liqasının ikinci yarısı rekordla başlayıb. 19-cu turun 3 qarşılaşmasında böyükhesablı nəticə qeydə alınıb ki, bu da cari mövsüm üçün görünməmiş haldır. “Qəbələ” “Sumqayıt”la səfər, “Neftçi” “Simurq”la ev oyununda eyni – 3:0 hesablı qələbə qazanıb. “Bakı” isə öz meydanında “Rəvan”ı 5:1 hesabı ilə yenib. Mövsümün əvvəlki 18 turunda ən çox – 2 böyük hesab 4-cü turda qeydə alınmışdı. Digər turlarda isə 1-dən artıq belə nəticə olmayıb.
Ümumilikdə isə cari mövsümdə 17 dəfə komandalardan biri 3 və daha çox top fərqilə qalib gəlib. “Bakı” 5-ci belə qələbəsini qazanmaqla bu göstəricidə liderliyi ələ alıb. “Qarabağ”ın hesabında isə 4 böyükhesablı qələbə var. “Neftçi” 3-cü, “Qəbələ” 2-ci fərqli qalibiyyətini alıb. Onlardan başqa, “Simurq”un 2, “İnter”in 1 uğuru var. Digər 4 klub isə belə qələbə qazanmayıb. “Rəvan” 5-ci, “Sumqayıt” 3-cü dəfə böyükhesabla uduzub. Sonuncular bu göstəricidə “Xəzər Lənkəran”a çatıb. İkinci dəfə ağır yenilgi alan “Simurq” isə AZAL-a çatıb. “Bakı” ilə “Neftçi” 1 dəfə böyük hesabla uduzubsa, digər 3 komanda belə yenilgi almayıb. Qeyd edək ki, eyni turda 3 böyükhesablı nəticənin qeydə alınmasına sonuncu dəfə ötən mövsümün 3-cü turunda təsadüf olunmuşdu.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |