"Qəbələ"dən ayrılmağı heç vaxt düşünməmişəm" AÇIQLAMA

03.02.2014 | 4150 dəfə oxunub

2014-cü ilin ilk rəsmi oyunu - “Sumqayıt”la qarşılaşma Luis Hilario (Dodo) üçün yubileylə əlamətdar olub.  Stadium.az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Dodo ləqəbli braziliyalı Premyer Liqada 80-ci matçına çıxıb. Yubilyar bu göstəricidə daha öncə "Qəbələ"də top qovmuş yalnız 3 oyunçudan geri qalır: Pavel Doroşev – 90, Abdulkader Kamara – 83, Lyubo Baranin – 82.

Matç Dodo üçün həm də digər yeniliklə yadda qalıb. İkinci dəfə meydana “Qəbələ”nin kapitanı kimi çıxan cənubi amerikalı ilk dəfə Premyer Liqa oyununda bu vəzifəni icra edib. Bunadək Dodo yalnız kubok qarşılaşmasına kapitan kimi başlamışdı. Matçın ardından fikirlərini bölüşən braziliyalı uzun müddət "Qəbələ"nin formasını geyinməkdən şərəf duyduğunu, bu forma ilə uğurlara imza atmaq istədiyini bildirib:

"Artıq 3-cü ildir ki, "Qəbələ"dəyəm. Bu müddət ərzində həm sevincli, həm kədərli günlərimiz olub. Komandamla gözəl qələbələrə sevinib, gözlənilməz məğlubiyyətlərə üzülmüşük. Amma heç vaxt "qırmızı-qara" formanı geyinməyimə peşman olmamışam, bu formanı daşımaqdan yorulmamışam. Hər zaman rəhbərlikdən dəstək, azarkeşlərimizdən sevgi görmüşəm. Yəni arxada qoyduğum 80 oyundan həzz almışam. Bu dövr ərzində bir çox təklif alsam da, "Qəbələ"dən ayrılmağı heç vaxt düşünməmişəm. Təəssüf ki, hələ komandamla yaddaqalan uğura imza atmamışam. Amma bu mövsüm uğura çox yaxınıq. İnanıram ki, cari futbol ilinin sonunda hədəflərimizə nail olacağıq. Mən də komandamla 100-cü, 200-cü, 300-cü oyunuma çıxacağam, yeni-yeni uğurlara imza atacağam".

Braziliyalı futbolçu kapitanlıq sarğısını daşımaq məsuliyyətini ona həvalə etdiyinə görə baş məşqçi Yuri Syominə təşəkkürünü bildirib:
"Sumqayıt"la matçda meydançaya kapitan kimi çıxdım. Bu mənim üçün Premyer Liqada çox məsuliyyətli yenilik idi. Baş məşqçimizə kapitanlıq sarğısını daşımağı mənə həvalə etdiyinə görə təşəkkür edirəm. Bu məsuliyyətin öhdəsindən gəlmək üçün var gücümlə çalışacağam".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail