"Oyundan sonra hamımız şokda idik" MÜSAHİBƏ

03.02.2014 | 4657 dəfə oxunub

Futzal üzrə milli komandamızın və "Araz Naxçıvan"ın üzvü Elnur Qəmbərovun Stadium.az-a müsahibəsi


- İlk turda Sloveniya üzərində qələbə qazandıq. Ölkəmizdə hər kəs həmin qələbəni fantastika da adlandırmağa başlamışdı. Amma İtaliyaya biabırçı məğlubiyyətdən sonra bu qələbə yaddan çıxdı. Səncə niyə məğlub olduq?

-  İnanın oyundan sonra hamımız şokda idik. Heç kəs bir kəlmə də etmədi. Nə edəcəyimizi bilmirdik. Elə oyunun özündə də ikinci hissə şokda idik. Bu isə ən pis şeydi. Elə sonda bu cür məğlubiyyət bizim üçün gözlənilməz oldu.

- Bəlkə elə millinin əsl gücü bu idi?

- Yox elə deyil. Onların 2 qol vurmağı bizi çətin duruma saldı.

- Qırılma nöqtəsi harda idi?

- Oyunboyu biz onlardan üstün idik. Sadəcə bəxtimiz gətirmirdi. Sadəcə onların da ustalığı da var.

- Sloveniya üzərindəki qələbə təsadüf idi?

- Yox, yox təsadüf deyil. Buna təsadüf demək olmaz. Biz həqiqətən də Sloveniyaya qarşı yaxşı oynadıq.İtaliyaya məğlub olmağımızın əsas səbəbi onların qapıçısı oldu. Çox yaxşı oynadı.

- Avropa indi millimizə İtaliyanın hər iki qapıçısının qol vurmasından danışır...

- Futzalda qapıçıların qol vurması normal haldı. Özü də italyan qapıçılar tək bizim milliyə yox, digər komandalara da qol vurub.

- Avropa Çempionatının millimiz üçün belə erkən başa çatacağını gözləyirdin?

- Yox heç gözləmirdim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail