"İnter"lə matçda bəzi sıxıntılarımız oldu" MÜSAHİBƏ

03.02.2014 | 4236 dəfə oxunub

AZAL-ın hücumçusu Nedo Turkoviç Stadium.az-a müsahibə verib 

 

Nedo, "İnter"lə oyun haqda hansı fikirdəsən? Məğlubiyyətə səbəb nə oldu?

-  Yaxşı oyun alındı. Ancaq bizim üçün uğurlu oyun saymaq olmaz. Çünki qələbə qazana bilmədik. Düşünürəm ki, qarşıdakı oyunda daha yaxşı olacağıq. "İnter"lə matçda bəzi sıxıntılarımız oldu.

- Ən azından Vaqif Sadıqov sənin oyunundan razı qalmalıdı. Çünki bir neçə qol imkanı yarada bildin. Hesabı da bərabərləşdirdin. Razı qaldın oyunundan?

Belə də. Çox da razı qalmadım. İkinci hissədə qoldan savayı bir qol da vura bilərdim. Amma alınmadı. Nəsə açığı, xoşum gəlmədi oyunumuzdan. Hücum xəttindən danışıram. Amma belə ümumi götürəndə heç “İnter”ə də oynamaq şansı vermədik.

- "İnter"in vurduğu ikinci qolu bəyəndin?

Əla qol vurdu. Amma həmin qola təəssüflə baxdım. Çünki məğlubiyyəti gətirdi bizə.

- Qazaxstan çempionatı ilə bizim çempionatı arasında hansı fərq var?

- Məncə, Azərbaycan Premyer Liqası az da olsa güclüdü Qazaxstandan. Çünki burada legionerlərin səviyyəsi yüksəkdi. Ancaq oynanılan futbol arasında böyük fərq görmürəm.

Azərbaycanda qol hesabını açdın. Təbrik etmək olar səni....

- Çox sağolun. Qarşıdakı oyunda da vuracam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail