"Azərbaycan millisinə əvvəlki kimi qol vurmaq asan deyil" MÜSAHİBƏ

05.02.2014 | 6130 dəfə oxunub

"Sumqayıt"ın futbolçusu Aleksandr Çertoqanov Ukrayna mətbuatına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:


- Azərbaycan vətəndaşlığını qəbul etmək sənə çətin olmadı ?

- Çətin olduğunu deyə bilmərəm. 2005-ci ildə yerli futbol funksionerləri mənə dedilər ki, "əgər yaxşı oynasan millinin məşqçiləri sənə "DÇ-2006"nın seçmə mərhələsində şans verəcəklər". Anladım ki, millidə oynamaq böyük şərəf və məsuliyyətdir. Buna görə də Azərbaycan vətəndaşlığını qəbul etməyə razılaşdım. Dünyanın güclü yığmalarına və ulduz futbolçularına qarşı oynamaq çox maraqlı idi. Nəzərə alaq ki, mənim həmin vaxt Ukrayna millisində oynamaq şansım yox idi. Ümumiyyətlə Ukrayna yığmasında dayaq yarımmüdafiəsi mövqeyində heç zaman problem olmayıb. Həmin vaxtlar Ukrayna millisində yarımmüdafiə xəttində Anatoli Timoşşuk, Yevgeni Levçenko və Rotan çıxış edirdilər.

- Azərbaycan millisinin heyətində 50-dən çox oyun keçirmisən. Bunlardan ən çətini hansı oyun olub?

- Əlbəttə ki, fərqli oyunlar olub. Ən çətin görüş kimi Almaniya millisinə qarşı keçirdiyimiz oyunu qeyd edə bilərəm. Bundestim bütün mövqelər üzrə güclü və mütəşəkkil komandadır. Futbolçulara gəldikdə çoxlarına qarşı oynamaq çətin olub. Fərdi olaraq Eden Hazard (Belçika), Mixael Ballak və Bastian Şvaynştayger (hər ikisi Almaniya), Deku və Kriştiano Ronaldo (hər ikisi Portuqaliya) kimi futbolçuları fərqləndirərdim. Həmin futbolçular meydanda yüksək texnikaları ilə fərqlənirdilər. Onlar öz yığmalarının liderləri idi.

- Azərbaycan çempionatının səviyyəsi haqda nə deyə bilərsən?

- Son illərdə çempionatın səviyyəsi xeyli yüksəlib. Yerli federasiya yerli çempionatı 10 komanda olmaqla dörd dövrəli sistemlə keçirir. Çempionata hazırda Yuri Syominin başçılıq etdiyi "Qəbələ" klubu başçılıq edir. Qəbələ təmsilçisi "Neftçi"dən bir xal, "Qarabağ"dan isə iki xal irəlidədir. Digər klublarda da yüksək səviyyəli futbolçular çıxış edir. Bir neçə gün öncə Rusiya millisinin sabiq üzvü Marat İzmaylov "Qəbələ"yə transfer olundu. Syominin komandasında Daniel Subotiç, Rafael Santos və Viktor Mendi kimi aparıcı futbolçular var. Ukrayna Premyer Liqası ilə müqayisə etsək Azərbaycan çempionatının ilk altılığında qərarlaşan komandalar Ukraynanın ortabab klublarından güclü təsir bağışlayar.

- Hazırda çıxış etdiyin "Sumqayıt" klubunda işlər heç də yolunda getmir...

- Haqlısız. Son turda "Qəbələ"nin legionerləri Lorenso Ebesilio və braziliyalı Leonardo qapımıza qol vurdular. Öz meydanımızda böyükhesabla məğlub olduq - 0:3. Buna görə də sonuncu pillədə qərarlaşmışıq. Əsas məqsədimiz isə güclülər dəstəsində qalmaqdır. Vəziyyəti düzəltməyə çalışacağıq.

- Necə düşünürsən, Berti Foqts Azərbaycan millisinin səviyyəsini qaldırıbmı?

- Foqts dünya futbolunun dəyəridir. O həm futbolçu, həm də məşqçi kimi çox şey əldə edib. İnkişaf var. Komanda hər oyunda sonadək mübarizə aparır. Artıq Azərbaycan millisinə əvvəlki kimi qol vurmaq asan deyil. Bəzi uğurlar da var. Oyun intizamı yüksək səviyyədədir və futbolçular məşqlərdə maksimum çalışırlar.

- Yenidən millidə oynayacağını gözləyirsən?

- Mən öz imkanlarımı nəzərdən keçirirəm. Bir müddət öncə zədə səbəbindən karyeramı başa vura bilərdim. Ancaq bərpa olundum və klubda oynamağa davam edirəm. Tezliklə 34 yaşım olacaq. Bu yaşda yığmada oynamaq çox çətindir.

- Bu il Ukrayna klublarında oynaya biləcəyinlə bağlı xəbərlər yayılıb...

- Bəli. Belə variant var idi. Ancaq rəsmi bir şey olmadı. Ona görə bu barədə danışmağın mənası yoxdur.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail