"Ağır sualdı, üzümüz gəlmir ki…"

05.02.2014 | 4378 dəfə oxunub

Düzünü desəm, mən də indiyə kimi UEFA qaydaları ilə müqaviləyə qol çəkməmişəm. Bu sualı indiyə kimi mənə heç bir jurnalist verməmişdi. Ağıllı sualdı" - Azərbaycanın ən güclü və ən yaşlı mütəxəssisi hesab olunan Ağasəlim Mircavadov açıqlamasında belə deyib. "Şöhrət" ordenli məşqçi özü də daxil, yerli çalışdırıcıların klublarla peşəkar əsaslarla müqavilə bağlamamalarının səbəbini belə açıqlayıb:

"Azərbaycanda yaşayırıq, bir-birimizi yaxşı tanıyırıq. İşləməsək də, bir-birimizə söz veririksə, gərək, onun arxasında dayanaq. Xarici belədi ki, qayda-qanunla gəlir, UEFA qaydası ilə müqaviləyə qol çəkir. Lazım da olmayanda pulunu alıb çıxır gedir. Bizimkilər də UEFA qaydası ilə işləməlidi. Əslində, bu cür də olmalıdı. Amma bəzilərinin üzü gəlmir ki, həmin müqaviləni klub rəhbərindən tələb etsin. Düşünür ki, onu yaxşı başa düşməzlər. Burda bir söhbət də var. Son 10 ildə klublarda ən yaxşı nəticələri gəlmə məşqçilər yox, yerlilər qazanıb. Bu səhvlər əvvəl də klublarımızda var idi. SSRİ dönəmində də olurdu".

Mircavadov etiraf edib ki, bu halın altını çox çəkib: "Açıq deyirəm, öz başıma da gəlib. Həmin səhvləri indinin özündə də təkrarlayırıq. Hərdən özüm-özümə bu sualı verirəm, ancaq cavabını tapa bilmirəm. Bu hadisələr başıma çox gəlib. Bundan sonra hansısa kluba getsəm, onu tələb edəcəm. Açığı,  danışığa gedəndə hər şeyi tələb edirəm. “Qarabağ”da müharibə vaxtı işləmişəm. “Şəmkir”, “Bakı fəhləsi”, “Neftçi” və “Xəzər Lənkəran”da işlədiyim vaxt onlardan şərtlərim bu olub: “işimə qarışmamaq, lazımi şəraiti yaratmaq, futbolçulara vaxtı-vaxtında maaşlarını ödəmək". Deməyim odu ki, bütün klublarda kişi sözünə inanıb işləmişəm. UEFA qaydası ilə müqavilə imzalamamaq elə yerlilərin ən zəif və yaralı nöqtəsidi. Utanmaq deyil e, sadəcə, üzümüz gəlmir nəsə deməyə klub rəhbərinə. İnanırıq bir-birimizə. Prezidentlərdən xahişim odu ki, xarici məşqçiyə necə müqavilə təklif edirlərsə, bizimkilərə də o cür etsinlər".


"Sport Favorit"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail