"Tacik oyunçu "Qəbələ"yə nə xeyir verə bilər axı?" MÜSAHİBƏ

05.02.2014 | 5221 dəfə oxunub

"Karvan" və "Qəbələ"nin sabiq üzvü Məkan Nəsirovun Stadium.az-a müsahibəsi. Türkmənistan millisinin üzvü son olaraq İndoneziyanın "Barito Putera" klubunda oynayıb.

- Məkan, indi harda oynayırsan?

- Hələ ki, heç yerdə. Bir neçə təklif gəlib. Qarşıdakı günlərdə qərarımı verəcəm.

Təkliflər var?

- Əsasən İndoneziya klublarındandı. Ancaq mən artıq orada oynamaq istəmirəm.

- Bəs harada oynamaq istəyirsən?

- Türkmənistana yaxın ölkələrdə. Azərbaycan da ola bilər.

- Bizim klublarımızdan səninlə maraqlanan oldu?

- Təəssüf ki, yox.

- Neçə gündür ki, Antalyadasan. Nə əcəb sabiq klubun “Qəbələ” ilə görüşmədin?

- Onları məşqlərdə gördüm. Ancaq yaxınlaşmaq istəmədim.

Niyə?

- Nə bilim. Nəsə istəmədim.

- "Qəbələ" ilə heç maraqlanmırsan?

-  Sadəcə xəbərlərdə oxuyuram.

- Axırıncı dəfə hansı xəbəri oxudun?

- Son transferlərdən oxudum. Əsasən də “Karvan” və Yunis Hüseynovla maraqlanıram.

-  Yunis bəy hələ ki, işləmir. Nə düşünürsən bu barədə?

-  Onu mən bilmirəm. Ancaq bilirəm ki, Yunis güclü məşqçidi. Başa düşmürəm ki, sizin klublarınızın çoxu niyə xarici məşqçiyə üstünlük verirlər? Onlar başa düşmür ki, azərbaycanlı məşqçilər də biliklidi.

- "Qəbələ”yə Marat İzmaylov gəldi. Sənin üçün gözlənilməz olmadı ki?

- Baş məşqçiləri çox tanınmışdı. Klub rəhbərliyi komandanın lazimi nəticələri əldə etməsi üçün hər cür şəraiti yaradıb. Yuri Syominin seçdiyi yol düzgündü.  Məncə “Qəbələ” yenə supertransferlər edəcək. Klub düzgün yoldadı. Marat haqda isə heç nə bilmirəm. Uzun müddətdir ki, İzmaylovun oyununa baxmamışam. Əgər Syomin İzmaylova güvənirsə, deməli kömək edəcək.

- Sən “Qəbələ”də oynuyandan bu cür diqqət var idi kluba?

- Məncə, indi daha yaxşıdı.

-  Sən burada oynadığın vaxtlarda sən və digər türkmənistanlı oyunçular Azərbaycana gəlirdi. İndi isə klublarımız türkmən yox, tacik oyunçulara ehtiyac duyur. Səncə nəyə görə indi türkmən oyunçulara ehtiyac yoxdu? Bəlkə taciklər daha güclüdü?

- Yəqin indi Azərbaycanda türkmənlərə güvənmirlər. Amma mən dəqiq bilirəm ki, türkmən oyunçular taciklərdən daha güclüdü. Həm milli, həm də klublarımız onları geridə qoyur. Onların millisinə və klublarına qarşı oynamışam. Ona görə bilirəm.

- "Qəbələ" Tacikistan yığma komandasının üzvü Davroncan Erqaşei transfer etdi. Deyirsən səhv addımdı?

- Bilmirəm səhv, ya düzdü. Sadəcə onu deyə bilərəm ki, tacik oyunçu "Qəbələ"yə nə xeyir verə bilər axı? Hər halda uğurlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail