«Qalatasaray» «Neftçi»ni necə aldatdı?

14.11.2010 | 3497 dəfə oxunub

Georgi Hacının «Qalatasaray»a baş məşqçi təyin olunmasından sonra, Rumının keçmiş silahdaşı - son günlərə kimi «Neftçi»nin fiziki hazırlıq üzrə məşqçisi Covanni Melkiorreni İstanbula, Hacının yanına qaçdı. Məsələ ondadır ki, Covanninin «Neftçi» ilə müqaviləsi var, üstəlik, məşqçinin Bakı klubuna 150 min dollar verəcəyi də var. Buna görə də «Neftçi» FİFA-ya şikayət etməyə hazırlaşırdı.  Covanni Melkiorreninin klubla müqaviləsi ola-ola komandadan qaçması və «Qalatasaray»ın da başqa komanda ilə müqaviləsi olan məşqçini işə almasıyla bağlı. Bunun baş verməməsi üçün "Qalatasaray"ın idman direktoru Adnan Sezgin tez-bazar Bakıya gəldi. Səfəri də səmərəsini verdi. Belə ki, Sezgin burada söz verdi ki, nə vaxtsa «Qalatasaray» «Neftçi»ylə yoldaşlıq oyunu oynaya bilər. Bu sözün qarşılığında isə «Neftçi» Covanni Melkiorreniyə verdiyi 150 min dolların üstündən xətt çəkdi. Bununla da Sezginin səfəri müsbət yöndə sonna çatdı. Bir kəlməylə 150 min dolların üstündən xət çəkdi. Adnan bəyin sözlərinə inansaq, Bakıya səfərinin Covanni Melkiorreninin «Neftçi»dən «Qalatasaray»a qanunsuz şəkildə qaçmasının heç bir aidiyyatı yoxdu. O zaman Sezginə sual verilməliydi ki,  «Qalatasaray»da işlərin qarışdığı bir zaman onun burada nə işi var? Niyə məhz indi?

rn

Arada uduzan isə «Neftçi» oldu!      

rn

 

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail