Mustafa Dənizli nə vaxt qayıdır?

06.02.2014 | 3794 dəfə oxunub

Səhhətindəki problemlərlə əlaqədar vətəni Türkiyəyə yollanan “Xəzər Lənkəran” ın baş məşqçi Mustafa Dənizli fevralın 6-da Bakıya qayıdacaq. Klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlunun  verdiyi məlumata görə, 65 yaşlı mütəxəssis qardaş ölkədə tibbi müayinədən uğurla keçib.

“Xəzər Lənkəran” Topaz Premyer Liqasında növbəti oyununu fevralın 9-da evdə “Neftçi”yə qarşı keçirəcək. Hazırda paytaxtda olan “ağ-yaşıllar” Lənkərana fevralın 7-də yollanacaqlar. Cəbrayıloğlu “Xəzər Lənkəran” mərkəzi stadionunun oyunadək tam hazır vəziyyətə gətiriləcəyini bildirib: “Hazırda ehtiyat meydanımız qardan təmizlənib. Sabah isə əsas meydan təmizlənəcək və oyunun baş tutmasında heç bir problem olmayacaq”.

 “Xəzər Lənkəran” – “Neftçi” matçı saat 17:00-da başlanacaq. Mustafa Dənizli yüksək təzyiq səbəbindən yanvarın 31-də Bakıdakı Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib. O, fevralın 1-də “ağ-yaşıllar”ın “Qarabağ”la keçirdiyi oyun zamanı komandasına rəhbərlik edə bilməyib. Ertəsi gün isə Dənizli Türkiyəyə aparılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail