AFFA etiraz məktubu yolladı

06.02.2014 | 4090 dəfə oxunub

2014-cü il iyunun 1-dən 8-dək İsveçdə Tanınmamış Futbol Assosiasiyaları Konfederasiyası (ConİFA) tərəfindən tanınmamış dövlətlər arasında 1-ci dünya çempionatının keçiriləcəyi barədə məlumat yayılıb. Stadium.az xəbər verir ki, turnirdə qondarma Dağlıq Qarabağ respublikasının da yığma komandasının iştirak edəcəyi məlumatda öz əksini tapıb. Bununla əlaqədar Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Tanınmamış Futbol Assosiasiyaları Konfederasiyasına məktubla müraciət edərək qondarma Dağlıq Qarabağ respublikasının Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqlarında elan olunduğunu, bu respublikanın heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmadığını qeyd edib, tanınmamış dövlətlər arasında 1-ci dünya çempionatında zəbt olunmuş Azərbaycan ərazilərini təmsil edən komandanın iştirakını qəti şəkildə pisləyib və buna kəskin etirazını bildirib.
Qeyd edək ki, turnirin İsveçdə keçirilməsi nəzərdə tutulduğu üçün məsələ ilə bağlı  İsveç Futbol Federasiyasına və FIFA-ya məktub göndərilib.

affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail