Kimlər gəldi, kimlər getdi - TAM SİYAHI

06.02.2014 | 5861 dəfə oxunub

Premyer Liqada qış transfer pəncərəsi bağlanıb. Stadium.az xəbər verir ki, 10 klub transfer dövründə heyətinə 44 futbolçu qatıb.

7 yeni klublarında icarə əsasında çıxış edəcək. Belə ki, qış fasiləsində "Qarabağ"a qoşulan yeganə futbolçu Jaba Dvali Tiflis "Dinamo"sundan icarəyə götürülüb. Fasilənin ən səs-küylü keçidi Marat İzmayılovu "Portu" "Qəbələ"yə icarəyə göndərib. "Bakı"ya məxsus olan Mindauqas mövsümün sonunadək "Simurq"un formasını geyinəcək. "Sumqayıt" isə "Bakı"dan Elşad Manafovla Rəhman Hacıyevi, "Qəbələ"dən Tərzin Cahangirovu, "Xəzər Lənkəran"dan isə Uğur Pamuku icarəyə götürüb.

Qış fasiləsində heyətinə ən çox futbolçu qatan klubu "Sumqayıt" olub - 9 oyunçu. "Qəbələ" isə 7 transfer edib. Bölgə klubu kəmiyyətlə yanaşı, keyfiyyətə də üstünlük verib. Belə ki, Yuri Syominin başçılıq etdiyi komanda ilk dövrədə icarə əsasında klubun formasını geyən Elnur Allahverdiyevin transfer hüqununu alıb. Bununla yanaşı, Marat İzmayılovu, Rafael Santosu, Davron Erqaşevi, Kamran Ağayevi, Anar Nəzirovu və Ruslan Tağızadəni heyətinə qatıb.

"Neftçi" cəmi 2 transfer edib. "Ağ-qaralar" Moskva "Lokomotiv"indən Samir Məsimovla "Zenit"dən Elvin Bədəlovu heyətinə qatıb. Bundan başqa paytaxt klubu "Sumqayıt"da icarə əsasında çıxış edən Ruslan Qurbanovla Elşən Abdullayevi geri qaytarıb. AZAL 7, "Xəzər Lənkəran" 6, "Rəvan" 5, "Simurq" 4, "İnter" 3 oyunçu ilə güclənib. Transfer etməyən yeganə klub isə "Bakı"dı.

Transfer olunan və icaryə götürülən futbolçulardan 21-i əcnəbidi. Klublarımız bu dəfə əsasən Braziliya bazarına üz tutub. Cənubi Amerika ölkəsindən Premyer Liqaya 5 futbolçu gəlib. Gürcüstan, Tacikistan, Bosniya və Hersoqovinadan 2 oyunçu transfer olunub. Rusiya, Kosta Rika, Fransa, Çexiya, Litva, Belçika, Xorvatiya, Makedoniya, Sloveniya və Nigeriyadan 1 futbolçu transfer olunub.

Premyer Liqa klubları qış fasiləsində 48 futbolçu ilə yollarını ayırıb. Onlardan 5-nin icarə müqaviləsi bitib və doğma klubuna dönüb. Daha 5 futbolçu icarəyə verilib. Elita təmsilçilərinin yollarını ayırdığı 48 futbolçudan 17-si əcnəbi, 31-i yerlidi.

Qarabağ
Gələnlər: Jaba Dvali (Dinamo Tiflis, Gürcüstan, icarə).
Gedənlər: Miro Varvodiç, Kamil Hüseynov (Sumqayıt), Murad Səttarlı (Simurq).

Qəbələ
Gələnlər: Ruslan Tağızadə (AZAL), Rafael Santos (Arsenal, Ukrayna), Elnur Allahverdiyev (Xəzər Lənkəran), Anar Nəzirov (Sumqayıt), Davron Erqaşev (Jetisu, Qazaxıstan), Marat İzmayılov (Portu, Portuqaliya, icarə), Kamran Ağayev (Bakı).
Gedənlər: Şəhriyar Xəlilov (Sumqayıt), Tərzin Cahangirov (Sumqayıt, icarə).

Neftçi
Gələnlər: Ruslan Qurbanov (Sumqayıt, icarə müqaviləsi bitib), Elşən Abdullayev (Sumqayıt, icarə müqaviləsi bitib), Samir Məsimov (Lokomotiv Moskva, Rusiya), Elvin Bədəlov (Zenit, Rusiya).
Gedənlər: Slavik Alxasov (Xəzər Lənkəran), Kərim Diniyev (AZAL).

İnter
Gələnlər: Dieqo Madriqal (Deportivo Saprissa, Kosta Rika), Yohan Bokonyano (İstr, Fransa), İvo Taborski (Teplitse, Çexiya).
Gedənlər: Daniel Genov (Lokomotiv Slaviya, Bolqarıstan), İlço Naumoiski (Vardar, Makedoniya), Flavio Bek, Joao Paulo, Ramil Mansurov (Sumqayıt), Elhad Nəziri.

Bakı
Gələnlər: yoxdu.
Gedənlər: Mindauqas Kalonas (Simurq, icarə)Rəhman Hacıyev (Sumqayıt, icarə), Kamran Ağayev (Qəbələ), Elşad Manafov (Sumqayıt, icarə). 

Simurq
Gələnlər: Murad Səttarlı (Qarabağ), Usim Nduka (Tavşanlı Linyitspor, Türkiyə), Benjamin Lambot (Lyerse, Belçika), Mindauqas Kalonas (Bakı, icarə)
Gedənlər: Rövşən Əmiraslanov, Nenad Kiso, Orxan Səfiyaroğlu (AZAL).

AZAL
Gələnlər: 
Rəşad Abdullayev (Rəvan), Orxan Səfiyaroğlu (Simurq), Elçin Sadıqov (Sumqayıt), Nedo Turkoviç (Akjayık, Qazaxıstan), Laşa Kasradze (VİT Georgia, Gürcüstan), Axtam Xamrokulov (Reqar-TadAZ, Tacikistan), Kərim Diniyev (Neftçi).
Gedənlər: Freddi Borq, Yuri Fomenko, Ruslan Tağızadə (Qəbələ), Natiq Kərimi, Vladimir Boqdanoviç.

Xəzər Lənkəran
Gələnlər: Slavik Alxasov (Neftçi), Orxan Əliyev (Sumqayıt), Vyekoslav Tomiç (Şerif, Moldova), Tyeqo (Fiqueyrense, Braziliya), Elias (Atletiko Paranaense, Braziliya), Deyan Blajevski (Turnovo, Makedoniya).
Gedənlər: Duqlas Leyte (Quarani, Braziliya), Elnur Allahverdiyev (Qəbələ), Edu Oriol (AEL, Cənubi Kipr), Uğur Pamuk (Sumqayıt, icarə), Radomir Todorov (Spartak, Bolqarıstan).

Rəvan
Gələnlər: Xulio Sezar (Sentral, Braziliya), Tyaqo Mirasema (Smpayo-Korrea, Braziliya), Mitya Morets (Kaysar, Qazaxıstan), Boyan Markoviç (Hapoel Beer Şeva, İsrail), Oke Akpoveta (Bröndbü, Danimarkan). 
Gedənlər: Sebastyan Kastro-Tello (Deqerfors, İsveç)Sahib Sovankulov, Frederik Holster, Vüsal Qarayev, Rəşad Abdullayev (AZAL), Kristian Torres.

Sumqayıt
Gələnlər: Elşad Manafov (Bakı, icarə), Sahruddin Məhəmmədəliyev (Şahdağ), Rəhman Hacıyev (Bakı, icarə), Tərzin Cahangirov (Qəbələ, icarə), Ramil Mansurov (İnter), Uğur Pamuk (Xəzər Lənkəran, icarə), Kamil Hüseynov (Qarabağ), Şəhriyar Xəlilov (Qəbələ), Andrey Popoviç (Tavşanlı Linyitspor, Türkiyə).
Gedənlər: Orxan Əliyev (Xəzər Lənkəran), Slavik Alxasov (Neftçi, icarə müqaviləsi bitib), Ruslan Qurbanov (Neftçi, icarə müqaviləsi bitib), Elşən Abdullayev (Neftçi, icarə müqaviləsi bitib), Kərim Diniyev (Neftçi, icarə müqaviləsi bitib), Zaur Həşimov (karyerasını bitirib), Sabir Allahquliyev (Mil-Muğan), Anar Nəzirov (Qəbələ), Vüqar Əsgərov, Nurlan Novruzov (Bakı, icarə müqaviləsi bitib), Elçin Sadıqov (AZAL), Mirzəağa Hüseynpur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail