AZAL – “Sumqayıt”: 16 turluq uğursuzluq
Topaz Premyer Liqasının 20-ci turunda AZAL doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. Stadium.az xəbər verir ki, buna qədər baş tutmuş 10 qarşılaşmadan 4-də paytaxt təmsilçisi, 2-də isə “gənclik şəhəri”nin təmsilçiləri qalib gəlib. Qalan 4 oyunda qalib müəyyən olunmayıb.
30.10.2011 | Sumqayıt Şəhər - AZAL (Bakı) | 2:1 |
07.03.2012 | AZAL (Bakı) - Sumqayıt | 6:3 |
08.04.2012 | AZAL (Bakı) – Sumqayıt | 1:1 |
06.05.2012 | Sumqayıt - AZAL (Bakı) | 1:0 |
04.08.2012 | Sumqayıt - AZAL (Bakı) | 2:2 |
25.11.2012 | AZAL (Bakı) - Sumqayıt | 1:1 |
14.04.2013 | Sumqayıt - AZAL (Bakı) | 0:2 |
08.05.2013 | AZAL (Bakı) - Sumqayıt | 1:0 |
23.08.2013 | AZAL (Bakı) - Sumqayıt | 1:0 |
03.11.2013 | Sumqayıt - AZAL (Bakı) | 0:0 |
AZAL öz meydanında “Sumqayıt”a qarşı keçirdiyi 4 oyunun heç birində məğlub olmayıb – 3 qələbə, 1 heç-heçə. Aralarındakı son 4 qarşılaşmada isə “təyyarəçilər” qapısının toxunulmazlığını da saxlaya bilib. Qeyd edək ki, AZAL bu mövsüm doğma meydanda keçirdiyi 9 oyunun 4-də qalib gəlib, 3-də isə məğlub olub. İki oyunda isə heç-heçə qeydə alınıb. 10 dəfə rəqibləri məyus edən AZAL 11 dəfə qapısında qol görüb.
Son turda “İnter”ə bir top fərqi ilə uduzan AZAL “Sumqayıt”la oyunun favoriti sayıla bilər. Lakin bu oyunda AZAL əsas futbolçusu Con Olureminin xidmətindən yararlana bilməyəcək. Sarı vərəqə cəzalısı olan amerikalı futbolçu bu mövsüm komandasının 4 qolunu vurub. Cəza müddəti başa çatan qapıçı Ruslan Məcidovun əsas heyətdə yer alması gözlənilir.
Qış fasiləsində heyətində bir çox dəyişikliklər edən “Sumqayıt”da AZAL-la oyunöncəsi bir itki var. Müdafiəçi Vurğun Hüseynov da Con Oluremi kimi sarı vərəqə cəzalısı olduğundan komandasına kömək edə bilməyəcək. Əvəzində komandanın kapitanı Samir Abasov cəza müddətini başa vurub.
Topaz Premyer Liqasının 4-cü turundan “qara zolağa” düşən sumqayıtlılar artıq 16 turdur ki, 3 xala həsrətdir. Bu mövsüm, hələ ki, ilk və son qələbəsini ev oyununda “Qəbələ”ni məğlub etməklə qazanan Aqil Məmmədovun yetirmələri 4-cü turda AZAL-a 0-1 hesabı ilə uduzmuşdu. Həmin vaxtdan cəmi 3 oyunda heç-heçə edən “Sumqayıt” digər bütün qarşılaşmalarda meydanı xalsız tərk edib.
pfl.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |