Qurban Qurbanov: "Qazandığımız qələbələr hazırda bizə bir şey vermir" - AÇIQLAMA

06.02.2014 | 5850 dəfə oxunub

“Qəbələ” cari mövsüm olduqca xoş təsir bağışlayır. Hazırkı mövqedə qərarlaşmaları heç də təsadüfi deyil. Qışda etdikləri transferlərlə də gücləniblər”. Stadium.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 42 yaşlı mütəxəssis Topaz Premyer Liqasının XX turunun “Qəbələ” ilə səfərdə keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb.

Klubun rəsmi saytına danışan Qurbanov ötən tur evdə “Xəzər Lənkəran”dan alınan 0:1 hesablı məğlubiyyəti unutduqlarını bildirib: “Çempionatın ilk yarısındakı qazandığımız qələbələr hazırda bizə bir şey vermir. Təbii ki, hazırda rəqibimiz ilk 2 oyunu unutmayıb. Daha yaxşı və fərqli hazırlaşacaqlar. Biz isə “Xəzər Lənkəran”la matçı artıq yaddan çıxarmışıq. Daha doğrusu, məğlubiyyətlə yaşamaq düzgün deyil. Qarşıda daha 17 oyun var. Bizi olduqca ağır matç gözləyir. Azarkeşlərin maraqlı futbol izləyəcəyini də söyləmək olar. “Xəzər Lənkəran”la görüşdə qol epizodlarının boşa verilməsi futbolçularda üzgünlük yarada bilər, amma ruh düşkünlüyünə səbəb ola bilməz. Qarşıda hələ uzun bir marafon var.  Bu qarşılaşmalara motivasiyalı olmaq lazımdır”.

Turun mərkəzi görüşü olacaq “Qəbələ” – “Qarabağ” matçı fevralın 8-də keçiriləcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail