“Simurq” – “Bakı”: Kalonas keçmiş komandasına qarşı

06.02.2014 | 4274 dəfə oxunub

Topaz Premyer Liqasının 20-ci turunda “Bakı” Zaqatalada “Simurq”la qarşılaşacaq. 

Stadium.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, qış fasiləsində Kamran Ağayev, Rəhman Hacıyev və Mindauqas Kalonasla yollarını ayıran bakılılar, yalnız I Divizion təmsilçisi “Lokomotiv”dən Tural Qürbətovu heyətinə cəlb edib. 

Qeyd edək ki, Topaz Premyer Liqasının ikinci yarısını “Simurq”da çıxış edəcək Kalonas 7 qolla cari mövsümün ən sərrast futbolçularındandır.


26.11.2006 Simurq (Zaqatala) - Bakı 0:0
18.05.2007 Bakı - Simurq (Zaqatala) 3:2
07.10.2007 Bakı - Simurq (Zaqatala) 1:1
13.04.2008 Simurq (Zaqatala) - Bakı 0:0
16.11.2008 Simurq (Zaqatala) - Bakı 2:1
02.05.2009 Bakı - Simurq (Zaqatala) 1:0
12.09.2009 Bakı - Simurq (Zaqatala) 1:2
13.12.2009 Simurq (Zaqatala) - Bakı 1:2
19.09.2010 Simurq (Zaqatala) - Bakı 1:1
05.12.2010 Bakı - Simurq (Zaqatala) 0:1
14.08.2011 Bakı - Simurq (Zaqatala) 0:0
20.02.2012 Simurq (Zaqatala) - Bakı 0:2
10.08.2012 Bakı - Simurq (Zaqatala) 0:0
22.02.2013 Simurq (Zaqatala) - Bakı 0:0
30.03.2013 Simurq (Zaqatala) - Bakı 0:1
28.04.2013 Bakı - Simurq (Zaqatala) 2:1
24.08.2013 Simurq (Zaqatala) – Bakı 0:3
01.11.2013 Bakı - Simurq (Zaqatala) 3:2

Bu komandalar arasında keçirilən oyunlarda “Bakı”nın aşkar üstünlüyü var. 8 dəfə qələbə qazanan bakılılar, cəmi 3 dəfə rəqibinə məğlub olub. Digər 7 oyun isə heç-heçə başa çatıb. 

Qeyd edək ki, “Simurq”un 3 qələbəsindən yalnız biri ev oyununa təsadüf edib. Zaqatalalılar ev sahibi olduğu son 4 oyunda “Bakı”nın qapısına yol tapa bilməyiblər. “Simurq”un “Bakı” üzərində son qələbəsi isə 2010-cu ilin sonlarına təsadüf edir.

Turnir cədvəlində rəqibindən 5 xal irəlidə olan paytaxt klubu son turda “Rəvan”ı 5-1 hesabı ilə məğlub edib. “Simurq” isə səfər oyununda “Neftçi”yə 0-3 hesabı ilə uduzub. “Bakı”nın heyətində Ruben Qonzalez cəza səbəbindən “Simurq”la oyunu buraxacaq. “Simurq” indiyədək topladığı xalların demək olar ki, yarısını ev oyunlarında qazanıb – 12 xal, 3 qələbə, 3 heç-heçə. “Bakı” isə cari mövsümdə “Sumqayıt” və “Rəvan”dan sonra səfərdə uğursuz çıxış edən üçüncü komandadır – 9 oyunda 8 xal (2 qələbə, 2 heç-heçə). 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail