"Qarabağ" dünya reytinqində gerilədi

06.02.2014 | 3872 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının yeni reytinq cədvəlini açıqlayıb.

Stadium.Az-ın məlumatına görə, 200 komandanın yer aldığı siyahıda Azərbaycanı yenə yalnız "Qarabağ" klubu təmsil edir.

Ağdam təmsilçisi ötən ayla müqayisədə 2 pillə geriləyib. Ötən ay 111-ci olan Qurban Qurbanovun komandası bu dəfə 119,50 xalla 113-cü pillədə qərarlaşıb. Kiprin APOEL və Küveytin "Qadisia" klubları da "Qarabağ"la eyni pilləni paylaşırlar.

Siyahının ilk pillərində heç bir dəyişiklik olmayıb. Almaniyanın "Bavariya" klubu zirvədəki mövqeyini qoruyub. Münhen təmsilçisinin aktivində 370 xal var. Madrid "Real"ı 292 xalla ikinci, "Çelsi" klubu isə 275 xalla üçüncü pillədə qərarlaşıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail