"Azərbaycana getməsəydim, Banya-Lukaya qayıdacaqdım"

07.02.2014 | 4518 dəfə oxunub

“Onlar mənə təklif göndərdi. Təklif maliyyə baxımından yaxşı idi. Belədə mən menecerimin zəngini qəbul edərək Azərbaycana getmək qərarına gəldim”. Stadium.az xəbər verir ki, bunu “Rəvan”ın yeni transferlərindən olan Boyan Markoviç deyib.

Beer-Şeva “Hapoel”indən ayrıldıqdan sonra “Rəvan”la müqavilə bağlayan 29 yaşlı mərkəz müdafiəçisi ölkəmizdə oynayacağı üçün sevindiyini bildirib: “Tibbi müayinədən keçdikdən sonra hazırda çempionatda 9-cu pillədə olan “Rəvan”la 1,5 illik müqavilə bağladım. Mən bura keçdiyimə görə şadam. Çünki burda çox adam futbola sərmayə qoyur. Çoxlu əcnəbilər, xüsusən də braziliyalı oyunçular çıxış edir ki, onlar çempionatın çox yüksək səviyyədə keçməsinə səbəb olur”.

Bosniya-Herseqovina doğumlu serb futbolçu onu “Rəvan”dan başqa, sabiq klubu Banya-Luka “Borats”ının da istədiyini söyləyib: “Mənim “Borats” rəsmiləri ilə əlaqələrim var. Həqiqətən də Azərbaycana getməsəydim, Banya-Lukaya qayıdacaqdım. Ümid etmək istərdim ki, Zenitsa “Çelik”i kimi “Borats” da mövsümün qalan hissəsində yaxşı çıxış etsin və ola bilsin ki, Avroliqada oynamağa iddia etsin. Zenitsa və Banya-Lukada çoxsaylı azarkeş ordusu var və onlar hər mövsüm avrokuboklar uğrunda mübarizə aparmalıdır. Ancaq məncə, bu il güclü maliyyə borcları üzündən bu alınmır. “Çelik” və “Borats”da oynadığım dövrü heç vaxt unutmayacağam və ümid edirəm ki, karyeramı bu 2 klubdan birində bitirəcəyəm”.

Qeyd edək ki, Markoviç adıçəkilən klublardan başqa, Uqlyevik “Rudar”ı, Nalçik “Spartak”ı və “Panserraikos”un da şərəfini qoruyub. O, ötən tur “Bakı”ya 1:5 hesabı ilə məğlub olduqları matçda 28-ci dəqiqədə Aqil Nəbiyevi əvəzləməklə Premyer Liqada debüt etmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail