XXII Qış Olimpiya Oyunlarının açılışı oldu

08.02.2014 | 4486 dəfə oxunub

Fevralın 7-də Soçidəki “Fişt” stadionunda XXII Qış Olimpiya Oyunlarının açılışı mərasimi keçirilib. Rusiya prezidenti Vladimir Putin Soçi Qış Olimpiya Oyunlarını açıq elan edib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. BMT Baş katibi Pan Gi Mun, Çin Xalq Respublikasının sədri Xi Jinping, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da tədbirə gələn dünya liderləri sırasındadırlar.

XXII Qış Olimpiya Oyunlarının açılışı mərasiminə start verildikdən sonra iştirakçı ölkələrin ənənəvi paradı olub. Azərbaycan komandası dördüncü keçib. Ölkəmizin bayrağını Patrik Braxner aparıb. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və Mehriban xanım Əliyeva fəxri qonaqlar üçün tribunadan idmançıları  salamlayıblar.

Açılış mərasimində bir problem də yaşanıb. Belə ki, olimpiya oyunlarının rəmzi olan 5 halqadan biri texniki səbəblərdən açılmayıb. Rusiya bu oyunlara 50 milyard dollar pul xərcləyib. XXII Olimpiya Oyunları bir neçə göstərici üzrə rekord olacaq. Belə ki, Soçidə 88 ölkənin nümayəndələri çıxış edəcəklər ki, bu da dörd il bundan əvvəl Vankuverdə keçirilmiş oyunlardan 6 ölkə çoxdur. Ümumiyyətlə, 98 mükafat dəsti uğrunda mübarizə gedəcək. Bu, 2010-cu ildəkindən 12 dəst çoxdur.

Olimpiadada ən çox idmançı ilə ABŞ təmsil olunur. Təxminən 230 amerikalının qatıldığı möhtəşəm oyunlarda ev sahibi Rusiya 225 atletlə yarışır. İndiki Qış Olimpiadası Azərbaycan yığması üçün beşinci olimpiadadır. Soçidə ölkəmizi idmanın iki növündə yarışacaq 4 idmançı təmsil edir. Belə ki, kişilər arasında dağ xizəksürmə yarışlarında Azərbaycanı Patrik Braxner və Sedrik Hots təmsil edəcəklər.

Bundan başqa Soçidə fiqurlu konkisürmə yarışlarında idman rəqslərində Yuliya Zlobina və Aleksey Sitnikov Azərbaycan bayrağı altında çıxış edəcəklər. Olimpiadanın rəsmi talismanı ağ ayı, dovşan və bəbirdir. Fevralın 7-də başlayan Soçi Qış Olimpiya Oyunları fevralın 23-dək davam edəcək. Olimpiadada təhlükəsizliyə güc strukturlarının 70 min nəfərlik qüvvəsi nəzarət edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail