"Xaqani Məmmədov özü də deyir ki...." MÜSAHİBƏ

09.02.2014 | 4654 dəfə oxunub

"Rəvan"ın müdafiəçisi Hüseyn Axundov Sportinfo.az-a müsahibə verib


-  Hüseyn, iki sarı vərəqədən sonra meydandan qovuldun...

- Hə elədi. Birincini hardasa oyun yeni başlayanda aldım. İkincini isə hakim ilk yarının son dəqiqələrində verdi.

- Səncə, hər iki epizodda hakim haqlı idi?

- Birinci epizodda sarı vərəqəni verməyə də bilərdi. Necə deyim yəni tam bir qayda pozuntusu yox idi. Verməyə də bilərdi. Çünki oyun da təzə başlamışdı. Hər halda qərarı o, verib. Hörmətlə yanaşıram ona. Qərarı dəyişəsi deyilik ki.

- Adətən hakimlər birinci epizodda müdafiəçiləri bağışlayır. Ancaq Rauf Cabbarov səni bağışlamadı...

- Biz belə görmüşük də. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov özü də deyir ki, birinci qayda pozuntusuna görə oyunçunu bağışlamaq olar. İkinci sarı vərəqə də haqlı idi. Ona görə Rauf Cabbarova heç nə deyə bilmərəm.  

- Deyirlər ki, Rauf Cabbarov “Rəvan”ı yıxıb-sürüdü...

- Bu haqda mən nəsə deyə bilmərəm. Kənardan baxanlar daha yaxşı görür hər şeyi.

- Meydandan qovulduqdan sonra göz yaşlarını da saxlaya bilmədin. Deyəsən, ağlayırdın?

- Mən sərt oynayıb, mübarizə aparan oyunçuyam. Özümü ən yaxşı tərəfdən göstərmək istəyirdim. Qırmızı vərəqə alandan sonra hirsimdən ağladım. 

- Güvənç Kurtar nə dedi?

- O, mənə heç nə demədi. Amma deməsə də, mən özüm başa düşdüm ki, səhv etmişəm. Təbii ki, yaxşı hal deyildi. Ancaq istəmədən oldu.

- "Rəvan" meydanda on nəfərlə qalandan sonra daha yaxşı oynamağa başladı. Amma yenə də məğlubiyyətdən qaça bilmədi. Necə düşünürsən məğlubiyyətə günahkarlardan biri də sənsən?

- Təbii ki, futbolda bir nəfərin böyük önəmi var. Biri var on nəfərlə mübarizə aparasan, biri də var on bir nəfərlə. Komanda yoldaşlarıma təşəkkür edirəm ki, nə qədər də olmasa yoxluğumu hiss etdirmədilər. Uşaqlar əzmkar mübarizə apardılar. Ancaq hər halda uğur qazanmaqda bir nəfərin olmaması böyük amildi.

- Açığı, inanmıram ki, bu qırmızı vərəqədən sonra Güvənç Kurtar səni ehtiyatda oturtsun. Ən azından güvəndiyi oyunçulardan birisən. Sən necə düşünürsən?

- Mən də bu cür düşünürəm. Məşqçi heç kimə fərq qoymur. Məşqdən çıxmamışdan deyir ki, mənim gözümdə fərqi yoxdu, gənc ya qoca oyunçu. Ada və titula baxmır. Deyir bugünki gündə kim verdiyim tapşırığı yerinə yetirəcəksə, o da oynayacaq. Mən hər məşqdə sona kimi meydanda mübarizə aparıram. “Saçkovatlıq” edən oyunçulardan deyiləm. Düşünürəm ki, bir oyunluq cəzalandıracaqlar. Cəza bitənən sonra çalışacam ki, mövqeyimə qayıdam. 

- Penalti epizodu lə bağlı fikrin nədi?

- Vaqif Markoviçin arxasındaydı. Həmin epizodda 100-ə 100 baxanda heç nə görmürsən. Stadionda elə yerdə oturmuşdum ki, Novruzun Vaqifi yıxıb-yıxmadığını görmədim. Amma verə də bilərdi, verməyə də. Bir şey də var ki, penalti verməsəydi də heç kəs Rauf Cabbarovu qınamayacaqdı.

- Bu görüşdə Rauf Cabbarov sanki sizə qarşı çox qəddar idi... 

- Rauf Cabbarov “Rəvan”ın oyunlarını çox idarə edib. Mən də çoxunda meydanda olmuşam. Digər oyunlara baxanda bəlkə dünən bizə qarşı qərəzli idi.

Sportinfo.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail