Braziliyalı "Xəzər Lənkəran"ın tarixinə düşdü

10.02.2014 | 4339 dəfə oxunub

Topaz Premyer Liqasında mövsümün 6-cı avtoqolu qeydə alınıb. Stadium.az xəbər verir ki, “Xəzər Lənkəran”la “Neftçi” arasında keçirilmiş matçda ilk top braziliyalı Tyeqonun avtoqolu sayəsində qeydə alınıb. Lənkəran təmsilçisinin cənubi amerikalı futbolçusu 2:2 hesabı ilə başa çatan görüşdə erkən qolla rəqib komandanı sevindirib.

Tyeqo mövsümdə ilk, çempionatlar tarixində 15-ci futbolçu olub ki, “Neftçi” ilə oyunda öz qapısına qol vurub. Paytaxt təmsilçisi isə biri cari mövsümdə olmaqla, ümumilikdə 10 dəfə avtoqola üzülüb.

İndiyədək 5 dəfə rəqib avtoqoluna sevinən “Xəzər Lənkəran” nəinki cari mövsümdə, ümumiyyətlə Premyer Liqa tarixində ilk dəfə öz qapısına qol vurulmasının acısını yaşayıb. Bu matçadək “Xəzər Lənkəran”ın heç bir üzvü çempionatda öz qapısına qol vurmamışdı.

“Böyük oyun”lar tarixində isə 2-ci avtoqol qeydə alınıb. İlk belə uğursuz “Neftçi”də oynadığı vaxt öz qapısına qol vuran Ruslan Abışov olmuşdu.

Qeyd edək ki, mövsümün ilk 19 turunda 5 avtoqol qeydə alınmışdı. “Sumqayıt”ın futbolçuları Adil İbrahimov “İnter”, Anar Nəzirov “Qarabağ”, “Neftçi”nin legioneri Erik Ramos “Bakı”, “Qəbələ”nin oyunçusu Amit Quluzadə “Simurq”, “Bakı”nın ispaniyalısı Mario Alvares “Sumqayıt”la oyunda öz qapısına qol vurmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail