"Qəbələ" Türkiyədə ilk oyununa çıxdı

11.02.2014 | 4334 dəfə oxunub

Fevralın 7-dən etibarən Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası təlim-məşq prosesi çərçivəsində ilk yoxlama oyununu keçirib.Stadium.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar" birinci matçda  İsveçrənin "Dietikon" (U-16) kollektivi ilə qarşılaşıb. 

Görüşün gedişində 1:3 hesabilə geriyə düşən "Qəbələ" yekunda matçı heç-heçə ilə bitirməyi bacarıb - 4:4. "Qırmızı-qaralar"ın heyətində İlkin Abdullayev, Fərid Nəbiyev və Allahverdi Əsədov (2) fərqlənib.  
"Qəbələ" növbəti sınaq oyununda fevralın 14-də Danimarkanın "Kopenhagen" klubu ilə üz-üzə gələcək. Toplanış çərçivəsində son matç fevralın 17-də baş tutacaq. "Qəbələ" Şotlandiyanın U-15 millisi ilə münasibətlərinə aydınlıq gətirəcək. Xatırladaq ki, U-15 komandasının Antalya toplanışı AFFA-nın dəstəyi ilə təşkil olunub. Buna səbəb "Qəbələ"nin ötən il sözügedən yaş qrupunda çempion olmasıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail