AFFA İntizam Komitəsi I Divizion və əvəzedici komandaları da cəzalandırdı

11.02.2014 | 4023 dəfə oxunub

Bu gün AFFA İİntizam Komitəsi Premyer Liqada çıxış edən klubların əvəzedici komandalarına və birinci divizonda şıxış edən klubları da cəzasız buraxmayıb.

 

Stadium.az həmin cəzalarla sizi tanış edir: 

 

08 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XX turunun AZAL – “Sumqayıt” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).


08 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XX turunun “Qəbələ” – “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).


Oyunun 80-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).


08 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XX turunun “Rəvan” – “İnter” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).


Oyunun 44-cü dəqiqəsində “Rəvan” klubunun 19 №-li futbolçusu Hüseyn Axundov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).



07 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Rəvan” – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).


07 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Qəbələ” – “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).


08 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Simurq” – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).


Oyunun 76-cı dəqiqəsində “Bakı” klubunun 38 №-li futbolçusu Tural Qürbətov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).


07 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVI “Energetik” – “Qaradağ Lökbatan” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klublar 100 manat cərimə olunur (maddə 40).


08 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVI “Şahdağ” – “Göyəzən” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).


09 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVI MOİK – “Şəmkir” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).


Matçın 82-ci dəqiqəsində MOİK klubunun baş məşqçisi Namiq Adilov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).


Oyunun 90+2-ci dəqiqəsində MOİK klubunun 14 №-li futbolçusu Cavid Həziyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).


09 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVI “Bakılı” – “Araz-Naxçıvan” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).


09 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVI “Ağsu” – “Neftçala” matçında “Neftçala” klubunun 6, “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunur (maddə 40).


AZAL klubu PFL-ə mürəciət edərək Topaz Premyer Liqasının XVI turunun AZAL – “Rəvan” matçınının 90+2-ci dəqiqəsində AZAL klubunun 2 №-li futbolçusu Xuan Fransiskoya göstərilmiş sarı vərəqənin səhvən matçın protokolunda AZAL klubunun 15 №-li futbolçusu Oskars Klavanın adına qeyd edildiyini bildirmişdir. İntizam Komitəsi matçın videoyazısını izlədikdən sonra həqiqətən də oyunun 90+2-ci dəqiqəsində hakimin AZAL klubunun 2 №-li futbolçusu Xuan Fransiskonu sarı vərəqə ilə cəzalandırıldığı aşkar edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:


AZAL – “Rəvan” matçınının protokolunda AZAL klubunun futbolçusu Oskars Klavaya yazılmış sarı vərəqə onun adından silinsin və klubun digər futbolçusu Xuan Fransiskonun adına əlavə edilsin.
Bu hadisə ilə bağlı Hakimlər Komitəsi matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.


03 fevral 2014-cü il U-17 ölkə kubokunun “Bakı” – AZAL matçının 78-ci dəqiqəsində “Bakı” klubunun 4 №-li futbolçusu Ülvi Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).


06 fevral 2014-cü il U-16 Liqasının “Əlincə” – “Qəbələ” matçının 61-ci dəqiqəsində “Qəbələ” klubunun 4 №-li futbolçusu Elvin Dəmirov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).


08 fevral 2014-cü il U-16 Liqasının “Sumqayıt” – “Şahdağ” matçının 62-ci dəqiqəsində “Sumqayıt” klubunun 2 №-li futbolçusu Tural Fətdayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).


08 fevral 2014-cü il U-15 Liqasının “Vətən” – “Simurq” matçının 58-ci dəqiqəsində “Vətən” klubunun 10 №-li futbolçusu Nəbi Nəbizadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).


08 fevral 2014-cü il U-15 Liqasının “Bakı” – “Lokomotiv” matçının 65-ci dəqiqəsində “Lokomotiv” klubunun baş məşqçisi Nurəddin Məmmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 62).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail