"Araz"ın üç üzvü yenə iddialı danışdı

12.02.2014 | 4407 dəfə oxunub

İkinci dövrəyə də qələbə ilə başlayan "Araz" bu gün doğma arenada iki məşqə çıxacaq. Stadium.az xəbər verir ki, "Şahdağ"la oyunun hazırlıqlarına ara vermədən davam edən Naxçıvan təmsilçisinin heyətində zədəli futbolçunun olmaması baş məşqçi Əsgər Abdullayevi sevindirən əsas məqamdı. Bu arada Qusar təmsilçisi ilə mövsümün ilk dövrəsində keçirilən oyunun qəhrəmanları, həmçinin yeni transfer Əziz Hüseynov klubun rəsmi saytına maraqlı açıqlama veriblər.

Akif Tağıyev: "Çətin olacağını bilirik, lakin doğma azarkeşlərimizin önündə qələbə qazanacağımıza da inanırıq. Uzun fasilədən sonra yenidən fanat ordumuzun qarşısında oynamaq qürurvericidi".
 
Elgün Abbaslı: "Baş məşqçi mənə əsas heyətdə şans verdiyi halda meydana çıxıb komanda üçün əlimdən gələni edəcəyəm. Belə azarkeşlər qarşısında oynamaq doğrudan da, böyük məsuliyyət kəsb edir. Çünki onlar hər zaman bizdən qələbə gözləyirlər. Bu görüşü də 3 xalla başa vuracağımıza əminəm".
 
Əziz Hüseynov: "Komandaya yeni gəlmişəm və ilk oyunda meydanda oldum. Hələ ki, "Araz"ın forması ilə bu arenada meydana çıxmamışam. İlk oyunda özümü yaxşı tərəfdən göstərib fanatların sevgisini qazanmağı çox istəyirəm. Amma ən əsası komandamızın qalib gəlməyidi ki, bunun üçün də əlimizdən gələni edəcəyik"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail