Millimizin oyunçuları “Bakcell”də

12.02.2014 | 4332 dəfə oxunub

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə fevralın 10-da Bakcell abunəçiləri üçün xoş sürpriz etdi.
Azərbaycan milli futbol komandasının hücumçusu Vaqif Cavadov və müdafiəçisi Mahir Şükürov Bakcell şirkətinin Məlumat Mərkəzinə gələrək abunəçilər tərəfindən 555 qısa nömrəsinə edilən zəngləri cavablandırdılar. Əvvəlcə qonaqlar peşəkar operatorlar tərəfindən abunəçi müracitələrinə baxılması prosesi ilə tanış oldular, kiçik bir təlim keçdikdən sonra isə özlərini operator vəzifəsində sınadılar və bir neçə zəngi cavablandırdılar.

“Məlumat Mərkəzinin necə işlədiyini canlı şəkildə görmək çox maraqlı idi. Özüm operator kimi işlədim və abunəçilərlə danışdım. Gün ərzində müxtəlif insanlarla o qədər danışmaq asan iş deyilmiş. Amma mən də burada işləməyi bacarardım, çünki çox mehriban kollektiv var ona görə vaxtın necə keçdiyini hiss etmirsən”, deyə millimizin oyunçusu Mahir Şükürov bildirib. Vaqif Cavadov: “Mən özüm də məlumat almaq üçün 1-2 dəfə Bakcell Məlumat Mərkəzində zəng etmişəm. Düşünürdüm ki, operatorların işi asandır, oturub telefonla danışırlar. Özümü operator vəzifəsində sınadım. Zənglərin idarə olunması və bütün sualları cavablandırmaq elə də asan deyilmiş. Hər xasiyyətdə insan zəng edə bilər. Hətta boş vaxtını sərf etmək üçün zəng edib aidiyyatı olmayan suallar verən də olur. Burada çalışan operatorlar çox təmkinli və peşəkardılar. Onlara uğurlar arzu edirəm”.

Fevralın 10-da Məlumat Mərkəzinə zəng edən şanslı abunəçilər millimizin oyunçuları ilə danışmaq, eyni zamanda hədiyyə qazanmaq şansı da əldə etdilər. Qeyd edək ki, Bakcell şirkəti futbol üzrə Azərbaycan milli komandasının sponsorudur.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail