Klubların baş məşqçiləri AFFA ilə legioner limitini müzakirə etdi

12.02.2014 | 3692 dəfə oxunub

Bu gün AFFA-nın Futbol Akademiyasında baş katib Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri - Qurban Qurbanov (Qarabağ), Böyükağa Hacıyev (Neftçi), Kaxaber Sxadadze (İnter), Mustafa Dənizli (Xəzər Lənkəran), Georgi Çixradze (Simurq), Vaqif Sadıqov (AZAL), Güvenç Kurtar (Rəvan) və Aqil Məmmədov (Sumqayıt) - ilə görüşüb.
Stadium.az xəbər verir ki, milli komandanın baş məşqçisinin köməkçiləri, AFFA-nın texniki direktoru, müxtəlif yaş qruplarından ibarət yığma komandaların baş məşqçiləri və klub rəsmilərinin də iştirak etdiyi görüşdə İcraiyyə Komitəsinin Topaz Premyer Liqasının 2014-2015-ci il mövüsümü üçün legioner limiti ilə bağlı qəbul etdiyi qərarla bağlı məşqçilər fikirlərini bildirib, İK-nın martın 7-də keçiriləcək iclasında məsələyə bir daha baxılması barədə təkliflər səsləndirib, legioner limiti ilə bağlı müxtəlif variantlar müzakirə olunub.

Millinin baş məşqçisi Berti Foqts, həmçinin iclasda iştirak edən hər bir klub məşqçisi legioner limiti və ümumilikdə ölkə futbolunun inkişafı ilə bağlı fikirlərini səsləndirib, təkliflər irəli sürüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail