"Növbəti mövsümdən legioner limitini altıya endiririk"

13.02.2014 | 6272 dəfə oxunub

PFL rəhbəri Ramin Musayev AFFA baş katibi Elxan Məmmədov, PFL rəhbəri Ramin Musayev və millinin baş məşqçisi Berti Foqtsun TPL klublarının məşqçiləri ilə görüşündə müzakirə edilmiş məsələlərin mövzusundan danışıb: "Yeddi legioner - bu, artıq dünənki gündür. Növbəti mövsümdən legioner limitini altıya endiririk. Yerli futbolçulara gəlincə, fikrimcə, ən yaxşı sxem 4+1 sxemidir. Mən 1 rəqəmi altında 21 yaşa qədər olan futbolçuları görürəm. Əgər bunlar 1999-ci il təvəllüdlü futbolçular olsa, arxayınlaşacaqlar ki, əsas heyətdədirlər. 1994-cü il təvəllüdlülər isə heyətə düşməyə can atacaqlar. Ümumilikdə görüş maraqlı alındı. Belə ki, bütün məşqçilər limitlə bağlı öz fikirlərini bildirdilər. AFFA İcraiyyə komitəsinin növbəti iclası ərəfəsində yenidən toplaşmaq maraqlı olardı. Hesab edirəm ki, gələcəkdə də komandaların məşqçiləri ilə belə görüşlər keçirmək lazımdır, klub məmurları ilə deyil. Məşqçilər komandalarda baş verən hadisələr haqda daha dəqiq təsəvvürə malikdirlər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail