Elnur Allahverdiyev “Xəzər Lənkəran”a qarşı oynamayacaq

13.02.2014 | 3650 dəfə oxunub

“Qəbələ” - "Qarabağ" (0:1) matçının ardından 2 gün istirahət edən “qırmızı-qaralar” fevralın 11-dən etibarən növbəti - XXI turun hazırlıqlarını davam etdirir. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, doğma divarlar arasında “Xəzər Lənkəran”ı qəbul edəcək “Qəbələ” matça gündəlik bir məşqlə hazırlaşır.

Yuri Syominin rəhbərliyi altında baş tutan hazırlıq prosesinə komanda tam heyətlə qatılır. Ancaq Elnur Allahverdiyev sarı vərəqə limitini doldurduğuna (4 sarı) görə “Xəzər Lənkəran”la oyunda iştirak edə bilməyəcək. Əliyar Ağayevin “Qarabağ”la oyunun 79-cu dəqiqəsində Elnura sarı vərəqə verməsi onun sabiq komandasına qarşı oynamasının qarşısını alıb. Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” matçı fevralın 15-də saat 15:00-da baş tutacaq. Qarşılaşma “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail