"Joze Alesiyo çox səviyyəli məşqçidi" MÜSAHİBƏ

13.02.2014 | 4736 dəfə oxunub

Futzal həvəskarları Kakanı yaxşı tanıyır. Azərbaycanda “Neftçi”İSM-i çalışdırırdı. Ara-bir çətin vaxtlarda oyuna girib matçın taleyini həll edirdi. Ustalıq səviyyəsi yüksək olan Kaka millimizə də dəvət edilmişdi. Rusiya ilə oynanılan təsnifat matçlarında da meydana çıxaraq əla oyun nümayiş etdirmişdi. Amma Kaka “Araz”la bacarmayaraq ölkəmizi tərk etdi. İndi harda işləsə yaxşıdı? Dünyada ən güclü çempionatlardan sayılan Rusiya Superliqasında. Özü də “Qazprom – Uqara Yuqorsk” klubunda. Superliqada üçüncü pillədə gedir. Rusiya millisinin də özəyini təşkil edir. Lima, Robinyo kimi futzalçılar onun komandasında çıxış edir. Braziliyalı Sport Favorit üçün müsahibə verib. 

- Kaka hazırda “Qazprom”da çalışırsan. Necə gedir işlərin?


- Yarımilə yaxındı ki, “Qazprom”un baş məşqçisiyəm. İndi Superliqada üçüncü pillədə gedirik. Pley-off mərhələsinə 8 komanda çıxır. Ancaq bizim məqsədimiz daha yüksəkdi. Çünki ötən il Rusiya kubokunun finalında oynamışıq. “Dinamo”ya uduzduq şanssız şəkildə.


- Üçüncü pillədə olmaq səni razı salır?


- Təbii ki, yox. Biz daha yüksək pillələrdə olmaq istəyirik.


- Rusiya millisinin aparıcı üzvləri – Robinyo və Lima da sənin başçılqı etdiyin komandada çıxış edirlər. Bu cür oyunçularla çempion olmamaq yəqin günah olardı....


- (gülür) Hər şey asan deyil. Mənim komandamda hələ Neto da oynayırdı. Hansı ki, ötən il dünya çempionatının ən güclü futzalçısı seçildi. Sadəcə o, bizim komandanı tərk etdi. Marseniyo da Braziliya millisinin üzvüdü. Eder Lima isə dünya çempionatının ən sərrast oyunçusudu. “Qazprom”un bu ilki məqsədi Yeryomenko turniri və Rusiya çempionatında birinci pilləni tutmaqdı.


- Kaka Braziliyadan ən güclüləri çağırmısan komandana. Nə əcəb Azərbaycandan çağırmadın?


- Çünki azərbaycanlılar Rusiyada legioner sayılır. Braziliyalıların əksəriyyətini milliləşdiririk. Gələn legionerlərin səviyyəsi isə çox yüksəkdi.


- Yəni bizimkilərin səviyyəsi onlara çatmaz?


- Bucür demək istəmirəm. Sadəcə onu deyim ki, komandamızda Braziliya millisindən oyunçu yer alır. Özü də aparıcı üzvü.


- Azərbaycan futzalında çalışmış mütəxəssis kimi necə düşünürsən Rusiya futzalına çatmağımıza neçə il var?


- Çempionatlar arasında yerlə göy qədər fərq var. Çatmağını isə deyə bilmərəm. Çox çətin görünür. Rusiya Superliqası hazırda dünya liqaları arasında ilk pilləni tutur.


- Deməyinən belə çıxır ki, Azərbaycandan da təklif olsa gəlməzsən? “Neftçi” İSM çağırsa da gəlməzdin?


- Bu çətin sual oldu. “Neftçi”İSM-də işləyənlərə hörmətlə yanaşıram. Ancaq “Qazprom”la “Neftçi” İSM tam fərqli klublardı. Rusiyada hər şey tamam başqa cürdü. Qarşımıza ciddi məqsədlər qoyulub. Komandanın büdcəsi isə daha yüksəkdi. Azərbaycanda futzala elə də çox dəstək vermirlər.


- Kaka keçmişə qayıtmaq istəyirəm bir az. Azərbaycanı tərk etməyinə səbəb nə oldu?


- Mən Azərbaycanda qalıb işləmək istəyirdim. Düşünürəm ki, Azərbaycanda mənə qiymət verilmədi. Bundan savayı lazimi şəraiti də yaratmadılar. Ona görə də “Qazprom”dan gələn təklifi məmmuniyyətlə qəbul etdim.


- Eşitdiyimə görə, federasiya prezidenti Zaur Axundovla problemlərin olub. Azərbaycanı tərk etməyinə də səbəb bu olub.


- Yox, yox nə problemim olacaq Zaur Axundovla? Əksinə onunla münasibətim çox yaxşı idi. Hər zaman mənə qarşı diqqətli idi. Hətta ona təşəkkür edirəm ki, məni milli komandaya da dəvət etdi. Joze Alesioya da təşəkkür edirəm.


- Söhbət millidən düşmüşkən Avropa çempionatından danışmaq istəyərdim. İlk turda Sloveniya millisi üzərindəki qələbə sənin üçün gözlənilməz idi?


- Yox. Elə mənim gözlədiyim də bu idi. Düşünürdüm ki, Azərbaycan Sloveniyaya qalib gələcək. Bunu tək mən yox, çoxları düşünürdü.


- Amma İtaliya qarşısında darmadağın edildi komandamız. Səncə, 0:7 hesablı məğlubiyyətə səbəb nə oldu?


- Oyunu canlı olaraq izləyirdim. Azərbaycanın niyə uduzduğunu bilmirəm. Həmin oyunda sadəcə olaraq İtaliya möhtəşəm idi. Azərbaycan əsl gücünü ortaya qoya bilmədi. Həmçinin Azərbaycanın əsas taktkası olan 5-ə 4 işləmədi. İtalyanlar hər mənada güclü idilər. Bu hesabda da öz əksini tapdı.


- Kaka necə düşünürsən, bəlkə elə bizim əsl gücümüz italyanlarla oyunda bilindi?


- Mən həmişə deyirəm ki, futzalda güclü komanda yoxdu. Sadəcə uğurlu nəticəyə inanmaq lazımdı. Təşvişə düşmək lazım deyil. Azərbaycan millisi ikinci qoldan sonra təşvişdə idi. Azərbaycanın məğlub olmasının əsas səbəbi də çempionatın güclü olmamasıdı. Baxın, İtaliya, Sloveniya, Rusiya necə çempionat keçirir. Azərbaycan çempionatı güclü olmayınca, milli də qeyri-stabil çıxış edəcək.


- Bəlkə Joze Alesio nəyisə düz etmədi?


- Bunu müzakirə edə bilmərəm. Millinin baş məşqçisi Jozedi və komandasının nəyə qadir olduğunu hamıdan yaxşı o, bilir.


- Millimizə cəlb edilən braziliyalı legionerlər də özlərini yaxşı göstərə bilmədi. Əsasən də Rafael və Auqusto tənqid edilir. Səncə millimizə kömək edəcək gücdədilər?


- Rafael uzun illər Rusiyada oynayıb. “Sibir”in əvəzedilməz oyunçusu olub. Auqusto isə “İberiya”nın heyətində “dördlər finalı”nda oynayıb. Əgər Auqusto və Rafael yaxşı oynamadısa, bu o demək deyil ki, onlar futzalçı deyil.


- Sloveniya üzərində qələbə qazansaq belə, elə də yaxşı oynaya bilmədik. Seleksiya işləri də yaxşı aparılmamışdı. Serjao və Tyaqonu əvəzedəcək fuzalçılar yox idi. Razısan?


- Səninlə mübahisə etməyəcəm. Serjao və Tyaqo yaxşı oyunçulardı. Onlar nəticə verə bilirdilər. Ancaq sonradan onlar da nəticə verə bilmirdi. Serjao və Tyaqo da əvvəlki formada deyillər. Heç onlar da kömək edə bilməzdi Azərbaycan yığmasına.


- Azərbaycanın Avropa Çempionatındaki çıxışını bir cümlə ilə necə dəyərləndirərdin?


- (bir az düşünür) Bu cür olmalı deyildi.


- Millimizdə 40-41 yaşlı futzalçıların çıxışına münasibətin necədi?


- Təbii ki, millidə bu yaşda oyunçuların olması mənfi haldı. Gərək gəncləşdirmə getsin. Təcrübəli və gənc oyunçular cəlb edilməlidi. Ona görə deyirəm ki, gərək Azərbaycan hələ cavanlarla işləsin. Çempionatının da səviyyəsini yüksəltsin sonra nəticə haqda düşünsün.


- Bizdə istedadlı futzalçılar yoxdu?


- Var. Ancaq bu sadəcə yalandan deyilən sözdü. Olsaydı, yəqin bu gün Avropa Çempionatında həmin uşaqlar oynayardı. Deməli yoxdu.


- Bəlkə Joze Alesiyonun işinə son verilməyin vaxtı çatıb?


- Bu barədə heç nə deyə bilmərəm. Alesiyo çox səviyyəli məşqçidi. Onun kimi məşqçini hər yerdə tapa bilməzsən.


- Deyə bilərik ki, bu dəfə braziliyalılar da millimizə kömək edə bilmədi?


- Kim oynadı, kömək edə bilmədi desək daha düzgündü.


- Kaka Azərbaycanda deyirlər ki, “Araz” başqa komandaya çempion olmağa imkan verməz. “Neftçi”İSM-də işlədiyin dövrdə bu cür halların şahidi oldun? Amma səmimi olaraq cavab ver..


- Düşünürəm ki, bu cür deyil. Azərbaycanda olduğum dövrdə “Neftçi”İSM-in iki dəfə çempion olmaq şansı var idi. Öz səhvlərimizə görə qalib gələ bilmədik. Öz səhvlərimizə görə, niyə hansısa komandaya şər ataq? Büdcəsinə görə “Araz” bizdən güclü idi. Onlara kiminsə kömək etdiyini düşünmürəm.


- Deyirsən ki, heç olmayıb da “Araz”a kömək etsinlər?


- Yox mən bu cür halla qarşılaşmamışam. Onlara uduzsaq da oyun hesabında uduzmuşuq.


- Azərbaycandaki dostlarına sözün var?


- “Neftçi”İSM-in rəisi Ruslan Sadıqova təşəkkür edirəm. Bu cür klubda işlədim və bu da mənə hardasa kömək oldu. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail