Filippin yığması Azərbaycanla oyuna tam heyəti açıqladı

14.02.2014 | 4277 dəfə oxunub

Futbol üzrə Filippin yığmasının baş məşqçisi Tomas Duli Malayziya və millimizə qarşı müvafiq olaraq 1 və 5 mart tarixində keçiriləcək yoldaşlıq xarakterli yoxlama oyunlarında iştirak edəcək geniş heyəti açıqlayıb. Stadium.az xəbər verir ki, "küçə itləri"nin amerikalı məşqçisi qarşıdakı toplanışlara yerli çempionatda iştirak edən 34 futbolçunu cəlb:

Qapıçılar: Patrik Deyto (“Qrin Arçers Yunayted”), Eduardo Sakapano (“Filippins Armi”), Nik O’Donnel (“Kayya”), Paolo Paskual (“Qlobal”);

Müdafiəçilər: Kristofer Qritviç, Anton del Rosario (hər ikisi “Kayya”), Karlos De Murqa, Cerri Barbaso, Amani Akvinaldo, Çarlz Pettis (hamısı “Qlobal”), Simone Rota (“Stallion”), Rayn Lerio, Ceyk Hüqo (hər ikisi “Filippin Eyr Fors”), Reymark Fernandes (“Qrin Arçers Yunayted”), Deo Seqinal, Natan Oktavio (hər ikisi “Paçanqa Diliman”);

Yarımmüdafiəçilər: Xose Elmer Porteyra (“Kayya”), Ceyms Yanqhasbend (“Loyola Meraklo Sparks”), Marvin Anceles, Ceyson De Yonq, Cefri Kristiaens, Misaq Bahadoran, Mark Hartman (hamısı “Qlobal”), Patrik Reyheld (klubsuz), Rodolf Bebanko (“Filippin Eyr Fors”), Kurt Dizon (“Yunion”), Roni Akvisanda (“Qrin Arçers Yunayted”), Kenşiro Deniels (“Kayya”);

Hücumçular: Emelio Kaliqdonq (“Qrin Arçers Yunayted”), Filipp Yanqhasben (“Loyola Meraklo Sparks”), Nataniel Barki (“Paçanqa Diliman”), Milan Arends (“Stallion”), Çed Quld (klubsuz).

Toplanışda məqsədin əvvəlki yoldaşlıq oyunlarında olduğu kimi, may ayının sonlarında keçiriləcək Asiya “Çellenc Kuboku”na hazırlıq olduğu qeyd edilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail