Şahin Diniyev: "O, ana söyüşü işlədib"

14.02.2014 | 4156 dəfə oxunub

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının XXI turunun "Simurq" - "İnter" oyunu zamanı qalmaqal yaşandığı barədə məlumat vermişdik. Qalmaqalın səbəbkarı kimi "İnter"in futbolçusu Cosqun Diniyev göstərilmişdi.  
 
Belə ki, baş hakim Rəşad Əhmədov matçın 84-cü dəqiqəsində meydan sahiblərinin qapısına penalti təyin edib. 11 metrlik nöqtəyə yaxınlaşan Diniyev qol vurduqdan sonra tribunaya tərəf qaçaraq, azarkeşlərdən birinə əli ilə “sakit olmağı” tapşırıb. Azarkeşlər Coşqun Diniyevin tərbiyəsiz jest etdiyini düşünərək meydana axışıblar.
 
Qeyd edək ki, Coşqun Diniyev millinin keçmiş baş məşqçisi Şahin Diniyevin oğludu.
 
Baş verən olaya Şahin Diniyevin münasibətini öyrənməyə çalışdıq. Təcrübəli mütəxəssis Coşqunun azarkeşlərə yox, onu söyən “Simurq”un məşqçisinə qarşı barmaq hərəkəti göstərdiyini bildirdi: “Burada azarkeş söhbəti olmayıb. Sadəcə, şişirdilmiş bir məsələdi. Bunları sizə bir ata kimi demirəm, hadisə belə olub. “Simurq”un uşaq futbolunda Vaqif adlı məşqçisi Coşqunu oyun boyu söyüb, təhqir edib. O da kənarda olub, azarkeşlərin içərisində olmayıb. Yəqin ki, Coşqun yaxşı oynayırmış deyə ona psixoloji təsir göstərmək istəyib. Bu barədə oyunun hakimlərindən də soruşa bilərsiniz. Özünüz də biləcəksiniz ki, məsələ nə yerdədi. Coşqun 84-cü dəqiqədə qol vurduqdan sonra əli ilə Vaqif adlı həmin məşqçiyə “sus” işarəsi edib. Yenə deyirəm, bu hərəkəti azarkeşlərə yox, Vaqif adlı məşqçiyə edib. Bununla da, “bəsdi, söymə” demək istəyib. Bu olay mətbuatda da şişirdildi, sonra yazdılar ki, elə yox, belə olub. Daha sonra futbolçular arasında dava düşüb. O da Coşqunun üstündə olmayıb. Coşquna barmağı ilə göstərdiyi jestə görə ikinci sarı vərəqə verilir. Bir sarı vərəqə öncə alıbmış. Bunun hamısının sübutu raportda da yazılıb. Bu barədə istəsəniz “Simurq”un məşqçilər korpusundan da soruş bilərsiniz. Onlar da mən deyəni deyəcəklər. Oyunun görüntüləri də artıq yayılıb, ona da baxa bilərsiniz".
 
Şahin Diniyev bu barədə oğlu ilə danışdığlını da bildirdi: “Dünən məsələ ilə bağlı tam məlumatım yox idi. Komanda da bu gün səhər Bakıda olub. Coşqun heç vaxt mənə yalan danışmaz. Məsələ necə olub hamısını danışdı. Bundan əlavə o gələnə qədər mən özüm də hadisəni araşdırmışdım. Hər iki tərəfin mövqeyini öyrənmişdim. Coşqunun tək səhvi belə jest etməsi olub. Meydançada olduğu müddətdə dözməli idi. Düzdü, insanın da səbrinin həddi var. Özünün də mənə dediyinə görə, Vaqif adlı məşqçi ona söyməyə davam edib. Açığını desək, “Simurq”un həmin məşqçisi Coşquna valideyn söyüşü söyüb. Bilirsiniz ki, onun anası rəhmətə gedib. Ana söyüşü işlədib, Coşqun da dözə bilməyib və sadəcə əli ilə elə jest edib. Düzdü, mən oğlumun tərəfini saxlamıram, bu hərəkəti etməməli idi. Başa düşə bilmirəm, elə insanlar futbolda necə məşqçi işləyirlər? Onları futboldan uzaq saxlamaq lazımdı. Əgər Coşqun azarkeşlərə qarşı pis hərəkət etmiş olsaydı ona 5-6 oyunluq cəza verərdilər. İndi güman ki, bir oyun buraxmalı olacaq. Mənim oğlum elə tərbiyəsizliyi etməz”.
publika.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail