"Uinston Parks Azərbaycana gəlməyimi məsləhət gördü" MÜSAHİBƏ

17.02.2014 | 5822 dəfə oxunub

Topaz Premyer Liqanın 21-ci turunda “Simurq"la matçda "İnter" kosta-rikalı futbolçusu Diyeqo Madriqal debüt edib. Stadium.Az-ın məlumatına görə, həmin görüşdə o, qol vurmağı da bacarıb. Bununla bağlı Dieqo Madriqal klubun saytına müsahibə verib.


-Debüt matçı üçün bundan yaxşı heç nə düşünmək olmaz: ilk toxunuş və ilk qol. Həmin an nələr hiss etdiniz?

-Böyük xoşbəxtlik hiss etdim. İlk debüt matçın məhz belə alınmasına çox sevinirəm. Meydançaya çıxan zaman komandaya çox kömək etmək istəyirdim və çox şadam ki, buna nail oldum.
 
- Oyun çətin alındı. Uzun müddət tabloda ancaq sıfırlar yazılmışdı və "İnter"ə qələbə qolunu vurmaq ancaq matçın 72-ci dəqiqəsində müəssər oldu. Debütünüz haqqında daha nə demək istərdiniz?
 
-“Simurq” doğma divarlar arasında oynayırdı və bu amil onları qələbəyə daha çox kökləyirdi. Səmimi desəm, bu komanda yaxşı təsir bağışladı. Bizim oyunumuza gəldikdə isə deyə bilərəm ki, “İnter”ə üç xal lazım idi. Komanda yoldaşlarım da bunu anlayırdılar və biz məqsədimizə çatdığımıza görə xoşbəxtik.
 

-“İnter”dəki karyeranızdan nə gözləyirsiniz?
 
- Bu komandaya keçməyimə görə şadam. “İnter”də özümü yaxşı tərəfdən göstərmək və bununla da komandaya fayda vermək istəyirəm. Burada bir neçə mövsüm oynamaq, “İnter”lə titulları qazanmaq və avrokuboklarda çıxış etmək əla olardı.
 
- Artıq bir neçə aydır Azərbaycandasınız. Ölkəmiz haqqında və paytaxt Bakı şəhəri barədə nə deyə bilərsiniz?
 
- Bakı çox gözəl şəhərdir. Burada qonaqpərvər və mehriban insanlar yaşayırlar. Mən hələ Bakının gözəl yerlərini görə bilməmişəm, lakin tezliklə bunu edəcəyəm.
 
-Yeni komandaya uyğunlaşma prosesi necə alındı?
 
-Komanda yoldaşlarım tez uyğunlaşmağıma yardım etdilər. Bütün futbolçularla yaxşı münasibətlərim var. Burada ispandilli futbolçular var və bu da mənə tez uyğunlaşmağıma kömək etdi.
 
-Necə düşünürsünüz, “İnter” mövsümü mükafatçılar sırasında başa vura biləcəkmi?
 
-Hər şey mümkündür. Hazırda biz turnir cədvəlində 4-cü yerdəyik. Lakin bundan sonra da qalib gəlsək, o zaman liderlərə çata bilərik. Bunun üçün çox çalışmaq və yaxşı futbol nümayiş etdirmək lazımdır. Ümid edirəm ki, bunu “İnter” bacara biləcək.
 
-Sizədək Azərbaycanda kosta-rikalı futbolçular oynayıblar. Onlar arasında ən tanınmışı Uinston Parks idi. Maraqlıdır, bura gəlməmişdən öncə onunla məsləhətləşdiniz?
 
-Bəli. Ona zəng etdim və məni maraqlandıran məsələləri ondan soruşdum. Etiraf edim ki, o, ancaq yaxşı sözlər dedi. Uinston yerli çempionatı təriflədi, ölkə, Bakı şəhəri haqqında yaxşı danışdı. Bir sözlə, o, mənim buraya gəlməyimi məsləhət görən insanlardan biri oldu.
 
-Maraqlıdır, doğmalarınıza və dostlarınıza Azərbaycan haqqında nə danışa bilmisiniz?
 
-Azərbaycana gələndə çox soyuq idi. Qar yağırdı, temperatur aşağı idi və bütün bunlar mənim üçün bir qədər qeyri-adi idi. Çünki Kosta-Rikada həmişə istidir və yaxşı hava var. Məhz bu barədə yaxınlarıma məlumat verdim. Bundan başqa, yaxınlarıma dedim ki, bura çox gözəldir.
 
-Ailənizi Bakıya gətirməyi planlaşdırırsınız?
 
-Düşünürəm ki, yaxın gələcəkdə sevdiyim qız Bakıya gələcək. Bundan başqa, alınsa, gələn ay atam mənə baş çəkmək üçün bura səfər edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail