"Bu barədə yazılanlar uydurmadır" AÇIQLAMA

17.02.2014 | 4567 dəfə oxunub

Bir neçə gün öncə "Bakı"nın Ruslan Leviqa məsələsinə görə FİFA tərəfindən cəzalana biləcəyini yazmışdıq. Stadium.az xəbər verir ki, ukraynalı forvard klubun ona borclu qaldığını bildirərək FİFA-ya müraciət etmişdi. Məsələ ilə bağlı Yaşar Seyidov saytımıza danışdı. "Bakı"nın vitse-prezidenti Leviqa ilə danışdığını və məsələnin yoluna qoyulacağını bildirib: "Bizə heç yerdən məktub gəlməyib. Heç kəs də klubumuzu cəzalandırmayıb. Bu barədə yazılanlar uydurmadır. Cəzalandırsaydılar xallarımız silinərdi. Mətbuatda yazılanlar yalandı. Bu cür məsələ yoxdu. Ruslan Leviqa özü bizi məhkəməyə verməyib. Meneceri bu işləri görür. Mən Ruslanla özüm danışmışam. Məsələni yoluna qoyacağıq.

O ki qaldı bolqarıstanlı futbolçu Spas Delevin adının iştirak ərizəsinə salınmasında problem yaranmasına, bu da yalan söhbətdir. Axı biz cəalanmamışıq, bizə qadağa qoyulmayıb ki, bunda da problem yaransın. Bu məsələ sırf baş məşqçi Milinko Pantiçdən aslı məsələdir.Əgər Pantiç istəsə Delevin adı iştirak ərizəsinə daxil ediləcək və o iki gün sonra "Xəzər Lənkəran"la oyunda meydana çıxa biləcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail