Hafiz Məmmədov "Lans" - "Monako" oyununu Bakıya gətirir?

17.02.2014 | 5010 dəfə oxunub

“Baghlan Qrup”un prezidenti Hafiz Məmmədov Fransa kubokunun 1/4 finalının bir oyununu Bakıda keçirmək istəyir. Stadium.az xəbər verir ki, bu barədə kluba yaxın mənbədən məlumat daxil olub. Məşhur iş adamının sponsor olduğu «Lans» 1/8 finalda Fransanın ən titulu klublarından «Lion»a qalib gələrək, 1/4 finala vəsiqə qazanıb. Növbəti oyununu isə «Lans» «Monako»ya qarşı keçirəcək.

Hafiz Məmmədovla Monako knyazı 2-ci Albertin dostluq münasibəti var. Bir qədər əvvəl “Hotel de Paris” otelində knyaz onunla görüşmüşdü. “Bakı”nın sahibi “Monako”nun yüksək liqaya çıxması münasibəti ilə knyazı təbrik edib və komandanın yeni uğurlar qazanacağına inandığını bildirmişdi, habelə ardından ona Azərbaycan futbolu haqda məlumat vermişdi. 

“Elə knyaz 2-ci Albert də Hafiz Məmmədovun “Lans”a göstərdiyi dəstəyi yüksək qiymətləndirmişdi. İndi Hafiz müəllim Albertlə dostluq əlaqələrindən danışıb “Lans”la "Monako"nun oyununu Bakıya salmaq istəyir. Bu təbii ki, “Lans”ın ev oyunu sayılacaq. Futbol tarixində əslində belə hallara rast gəlinib. Sadəcə “Lans” “Monako”nun Bakıya səfər xərclərini qarşılamalıdır ki, burda da problem yoxdur”, deyə mənbə bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail