Diniyevə 9 oyunluq cəza kəsildi, "Simurq" və "İnter"ə 15 minlik cərimə

18.02.2014 | 4141 dəfə oxunub

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatının qalmaqallı "Simurq" - "İnter" matçı ilə bağlı qərarlar qəbul ediblər. İntizam Komitəsinin qərarlarını olduğu kimi təqdim edirik:

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun “Simurq” - “İnter” matçının 84-cü dəqiqəsində “İnter” klubunun futbolçusu Coşqun Diniyev qol vurduqdan sonra rəqibin azarkeşləri olan tribunaya tərəf qaçaraq azarkeşlərə qeyri-etik jest göstərib. Bu hadisədən sonra azarkeşlər meydana daxil olub və hər iki klubun futbolçuları və azarkeşlər arasında münaqişə baş verib. Baş vermiş insident aradan qaldırıldıqdan sonra oyunun bərpa edilib. İntizam Komitəsi yuxarıda qeyd edilənləri nəzərə alaraq aşağıdakı qərarları qəbul edir:

- Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 500 manat cərimə olunur.
- Oyun zamanı təhlükəsizlik təmin olunmadığı üçün “Simurq” klubu 2500 manat cərimə olunur.
- Klub üzvlərinin iştirakı ilə oyunda yaranmış məcburi fasilə və baş vermiş iğtişaşlara görə hər iki klub 1500 manat cərimə olunur.
- “Simurq” klubunun futbolçusu Sahib Abbasov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanır, klub 1500 manat cərimə olunur.
- “İnter” klubunun futbolçusu Fərhad Budaqov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanır, klub 1500 manat cərimə olunur.
- “Simurq” klubunun inzibatçısı Mahmud Rasizadə dava-dalaşda iştirak etdiyinə görə 10 oyunluq cəzalanır, klub 3000 manat cərimə olunur.
- Baş vermiş hadisənin səbəbkarı  “İnter” klubunun futbolçusu Çoşqun Diniyev dava-dalaşda iştirak etdiyinə və azarkeşlərə qarşı qeyri-etik jestinə görə 9 oyunluq cəzalanır, klub 2500 manat cərimə olunur.
- Bu hadisə ilə bağlı Hakimlər Komitəsi matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.

İntizam Komitəsi bu oyuna görə iki klubu 15000 manat cərimə edib. Bunun 9000 manatı "Simurq", 6000 mini isə "İnter"in payına düşüb.

Qeyd edək ki, komitə "Sumqayıt"ı "Rəvan"la oyunda 4 futbolçusu sarı vərəqə aldığına görə 500 manat cərimə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail