AFFA İK aşağı yaş qruplarının təmsilçilərinə aid qərarları açıqladı

18.02.2014 | 3914 dəfə oxunub

AFFA İntizam Komitəsi ölkə futbolunda müxtəlif turnirlərdə oyun günü ərzində baş vermiş neqativ hallarla bağlı növbəti cərimə və cəzaları açıqlayıb. Stadium.az İK-nın intizamsızlığa görə aşağı yaş qruplarının təmsilçilərinə tətbiq etdiyi qərarları diqqətinizə çatdırır:

12 fevral 2014-cü il, U-19 Liqasının AZAL - “Simurq” matçının 68-ci dəqiqəsində AZAL klubunun 8 №-li futbolçusu Nihad Əcəmov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb;
Oyunun 71-ci dəqiqəsində “Simurq” klubunun 19 №-li futbolçusu Elməddin Musazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb;
10 fevral 2014-cü il, Bakcell U-17 Liqasının “Turan-T” - “Xəzər Lənkəran” matçının 79-cu dəqiqəsində “Turan-T” klubunun 14 №-li futbolçusu Nəsimi Qədirov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb;
10 fevral 2014-cü il, Bakcell U-17 Liqasının “Neftçi” - AZAL matçının 70-ci dəqiqəsində AZAL klubunun 4 №-li futbolçusu Süleyman Mustafazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb;
10 fevral 2014-cü il, Bakcell U-17 Liqasının “Sumqayıt” - “Rəvan” matçının 45-i dəqiqəsində “Sumqayıt” klubunun 4 №-li futbolçusu Nurməhəmməd Nadirov  sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb;
Oyunun 50-ci dəqiqəsində “Rəvan” klubunun 6 №-li futbolçusu Murad Nəsirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb;
Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun 19 №-li futbolçusu İlyas Rəhimov hakimlərə hədə-qorxu gəldiyinə görə futbolçu 5 oyunluq cəzalanıb;
13 fevral 2014-cü il, U-16 Liqasının “Rəvan” - “Sumqayıt” matçının 59-cu dəqiqəsində “Rəvan” klubunun 23 №-li futbolçusu Cahid Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb;
13 fevral 2014-cü il, U-16 Liqasının “Neftçi” - “İnter” matçının 50-ci dəqiqəsində “İnter” klubunun 23 №-li futbolçusu Afyəddin Qurbanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb;
12 fevral 2014-cü il, U-14 Liqasının “Bakı” - “Əlincə” matçının 49-cu dəqiqəsində “”Bakı” klubunun 3 №-li futbolçusu Fərid Nadirov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb;
Oyundan sonra “Bakı” klubunun baş məşqçisi Asif Abbasov matçın hakiminə qərarın dəyişdirilməsini təklif etdiyinə (3 nömrəli futbolçuya verilən qırmızı vərəqənin 5 nömrəli futbolçuya yazılması) görə adıçəkilən məşqçinin 1 il müddətinə futbol fəaliyyəti ilə  məşğul olmasına qadağa qoyulur, “Bakı” klubu 10000 manat cərimə olunub;
17 fevral 2014-cü il, Bakcell U-17 Liqasının “Simurq” - “Turan-T” matçında “Turan-T” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail