AFFA baş hakimin səhvini düzəltdi

18.02.2014 | 3744 dəfə oxunub

AFFA-nın İntizam Komitəsi (İK) daha bir hakim səhvini aradan qaldırıb. Stadium.az xəbər verir ki, komitəyə daxil olmuş məlumata əsasən, Topaz Premyer Liqasının XII turunun “Bakı” – “Simurq” matçının 57-ci dəqiqəsində qonaqların futbolçusu Patrik Osiakoya göstərilmiş sarı vərəqə matçın protokolunda qeyd edilməyib.

 Hakiminin səhvi nəticəsində baş verən bu hadisəni araşdıran İK oyunun videoyazısını izləyib. Nəticədə məlum olub ki, həqiqətən də həmin dəqiqədə adıçəkilən futbolçunun sarı vərəqə ilə cəzalanıb. Bu səbəbdən protokolda qeyd edilməyən sarı vərəqə “Simurq”un futbolçusunun hesabına əlavə edilib. Bu hadisə ilə bağlı Hakimlər Komitəsi matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat verməlidir. Qeyd edək ki, “Bakı” – “Simurq” oyununun baş hakimi Ramil Diniyev olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail