Böyükağa Hacıyev: "Toparlanaraq qələbə qazanmalıyıq"

19.02.2014 | 3716 dəfə oxunub

"Əvvəlki oyunla müqayisədə bu dəfə itkilərimiz azdır. Erik Ramos və Tərlan Quliyevin xidmətindən istifadə edə biləcəyik. “Neftçi”ni gözəl tanıyıram. Bu komanda lazım olan anda toparlanmağı bacarır". Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev klubun rəsmi saytına açıqlamasında deyib. Təcrübəli mütəxəssis bu gün "İnter"lə baş tutacaq oyun haqda fikirlərini bildirib: “İnter”lə görüşdə toparlanaraq qələbə qazanmalıyıq. Başqa nəticə barədə düşünmürük. Hazırkı məqamda 3 xal bizə çox vacibdir. Rəqibin son görüşünə baxmamışam, baxmaq fikrim də yoxdur. Həmin oyunda “İnter” haqda fikir yürütmək düzgün deyil. Stolumun üstündə “İnter”in AZAL və “Rəvan”la görüşlərinin videoyazısı var. Bu oyunlara əsasən, rəqibə hazırlaşacağıq. Futbolda məğlubedilməz komanda olmur. Ona görə də meydana yalnız qələbə üçün çıxacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail