Məşqçilərə aid tələblərdə dəyişikliklər olacaq

20.02.2014 | 3615 dəfə oxunub

2015-16-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya iddiaçılarının məşqçilərinə aid tələblərdə dəyişikliklər baş verəcək. Stadium.az xəbər verir ki, UEFA-nın klub yarışlarında iştirak etmək məqsədilə lisenziya almaq üçün müraciət etmiş klublar AFFA tərəfindən artıq xəbərdar olunub ki, UEFA və AFFA arasında məşqçilik kursları ilə bağlı imzalanmış bəyannaməyə və “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaları”na əsasən (Maddə 37, 39 və 41) 2015-2016-cı il lisenziyalaşdırma mövsümündən etibarən məşqçilərin ixtisasları ilə bağlı tələblər artıb, aşağıdakı cədvələ uyğun olaraq qiymətləndiriləcək:


Vəzifə

2014-15-ci il lisenziyalaşdırma mövsümü (Cari mövsüm)

2015-16-cı il lisenziyalaşdırma mövsümü (Növbəti mövsüm)

Əsas komandanın
baş məşqçisi (maddə 37)

UEFA “A” Diplomu

UEFA “Pro” Diplomu

Əsas komandanın
baş məşqçisinin köməkçisi (maddə 41)

UEFA “B” Diplomu

UEFA “A” Diplomu

Gənclərin inkişafı proqramının rəhbəri (maddə 38)

UEFA “B” Diplomu

UEFA “A” Diplomu

Gənclər komandalarının məşqçiləri (maddə 39)

Bütün məşqçilər 
UEFA “B” Diplomu

Ən azı 1 məşqçi UEFA “A” Diplomu, qalan məşqçilər UEFA “B” Diplomu

Qeyd: Müvafiq mövsümdə tələb olunan kateqoriyalı məşqçi kursunda təhsilini davam etdirməkdə olan məşqçilərin fəaliyyətində məhdudiyyət olmayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail