"İnanıram ki, milli komandadan yenə dəvət alacam" MÜSAHİBƏ
"Neftçi"İSM-in və milli komandamızın üzvü Fərid Atakişiyev Stadium.az-a müsahibə verib.
- "Fənərbaxça" ilə görüşdən qalib ayrıldınız. Öncədən də matçın çətin keçəcəyini gözləmək olardı. Çünki iki eyni gücdə olan komandalar qarşılaşırdı. Hər halda qələbə qazandınız. Matç haqda ümumi hansı fikirdəsən?
- Oyun
çox maraqlı və gərgin keçdi. Öncədən də bilirdik ki, bizi çox ağır oyun gözləyir.
Çünki “Fənərbaxça” ölkə çempionatında sayılıb-seçilən komandalardan biridi.
Onların heyətində güclü futzalçılar yer alıb. Hansı ki oyunun taleyini həll edə
bilər. Buna görə biz tədbirli idik. Matça yaxşı başladıq, sona kimi də qələbə
istəyimizi buraxmadıq. Qalib gəldiyimizə görə də çox şadam.
- "Fənərbaxça"
iddialı komandalardan hesab edilir. Onları hansı komponentlıərdə üstələyib
matçdan qalib ayrıldınız?
- Məncə,
biz daha istəkli və fiziki cəhətdən daha güclü idik. Elə qələbənin də əsas
açarı bunda idi. Oyunboyu daim hərəkətdə olduq. Meydançada rəqibə qarşı daima
pressinq tətbiq edib, oyunu onların meydançasında aparmağa çalışırdıq. Istəyimizə
nail olduq, qələbimizi də qazandıq. Əsas odu ki, oyundan öncəsi planımız özünü
doğrutldu.
- Bu
qələbə sayəsində ilk pillədəki “Araz”a bir az da yaxınlaşdınız. Necə düşünürsən,
onlarla sona kimi çempionluq uğrunda mübarizə aparmaq olacaq?
- Bu
gün biz vəziyyətə real baxmalıyıq. Hazırda “Araz” nəinki Azərbaycanda, hətta
Avropadada sayılıb-seçilən komandalardandı. Onlar “dördlər finalı”na vəsiqə
qazanıb. Bu da komandanın əsl gücündən xəbər verir. Amma hər halda əlimizi
yanımıza sallamaq fikrimiz yoxdu. Sona kimi çempionluq uğrunda mübarizəsimizi
aparacağıq. Ancaq bizim əsas rəqiblərimiz “Fənərbaxça” və “Ekol”du.
- Amma
dediyindən elə çıxır ki, çempionluq uğrunda deyil, ikinci yer üçün
oynayırsınız...
- Yox,
yox çempionluq uğrunda mübarizə aparırıq. Sadəcə çempionatın əvvəllərindıə
böyük səhvlərə yol verdik. Itirdiyimiz xallardan sonra da indi “Araz”dan uzaqda
görünürük. “Araz”ın isə bundan sonra xal itirəcəyinə inanmağım gəlmir.
- Fərid,
bir ara milli komandaya dəvət edilirdin. Ancaq çoxdandır ki,səni millidə
görmürük. Gələcəkdə yenidən səni millidə görmək mümkündü?
- Milli
komandamızın baş məşqçisi var. O, kimi məsləhət bilirsə, onu dəvət edir. İnanıram ki, milli komandadan yenə dəvət alacam. Çünki hər oyunçunun istəyi
milli komandasında oynamaqdı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |