"Neftçi"nin ehtiyat qüvvəsinin güclü olmadığını...." MÜSAHİBƏ

23.02.2014 | 4844 dəfə oxunub

"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Stadium.az-a müsahibə verib.

- "İnter"ə qarşı meydana çıxdın və mövsüm ərzində “Neftçi” formasında ilk qolunu vurdun. Yəqin ki, sənin üçün çox sevindirici oldu. Elədi?

- Çox yaxşı oyun keçdi. “İnter” güclü komandadı. Amma biz daha yaxşı oynadıq. Hər halda iki dəfə hesabda önə onlar keçdi. Yenə də hesabı bərabərləşdirə bildik. Heyf ki, xallar itirdik. 10 dəqiqə də artıq vaxtımız qalsaydı, üçüncü qolu vuracaqdıq.

- Neçə ildir ki, “Neftçi”də olmağına baxmayaraq əsas heyətdə daima ola bilmirsin. Səncə, “İnter”ə vurduğun qolla əsas heyətdə özünə yer edə biləcəksən bundan sonra?

- Bir qol hər şey demək deyil. Çalışıb hər oyunda qol vurmaq lazımdı. Mənim üçün fərqi yoxdu, kim qol vurur. Əsas odur ki, biz xal itirməyib çempion olaq.

Ruslan “Neftçi”yə qayıtmağını nəyə bağlayarsan? Nəyə görə “Sumqayıt”da qalası olmadın?

- "Neftçi"yə qayıtdığıma görə, xoşbəxtəm. Məni çox yaxşı qarşıladılar. Bu səbəbdən Sadıq Sadıqov başda olmaqla klub rəhbərlərinə təşəkkürümü bildirirəm. “Sumqayıt”da iki mövsüm keçirdim. Orada da mənə güvənib oynamaq şansı verirdilər. “Neftçi”nin yeri başqadı. Bu komanda “flaqman”dı və çempionluq uğrunda mübarizə aparır. Komandaya qayıtdım ki, bacardığım qədər kömək edim.

-  "Neftçi"nin çempion olacağına inanırsan?

- İnşallah olacağıq. Hər şeyi edəcəyik ki, ardıcıl dördüncü dəfə çempion olaq.

- Komandanın bir neçə əsas heyət üzvü oynamadı deyə, xallar itirdiz. Deyirlər ki, “Neftçi”də ehtiyat qüvvə istənilən səviyyədə deyil. Razısan?

- "Neftçi"də hər zaman yaxşı oyunçular olub. Biz bir ailəyik. “Neftçi”nin ehtiyat qüvvəsinin güclü olmadığını deyənlərə gücümüzü göstərəcəyik.

- Mövsüm sonuna kimi “Neftçi”də yenə heyətə düşə bilməsən komandadan ayrılacaqsan?

-  "Neftçi” ilə iki illik müqaviləm var. İndidən nəsə deyə bilmərəm. Hər şeyi zaman göstərəcək. Özümü sübut etdirməyə çalışacam.

- “Neftçi” üçün əsas rəqib hansı komandadı?

- Bu il asan rəqib yoxdu. Bütün klublar güclüdü.

- Sabah “Neftçi”nin rəqibi “Sumqayıt”dı. Hansı nəticəni gözləmək olar?

- "Sumqayıt" çox yaxşı komandadı. Gənc oyunçuları var. Sona kimi mübarizə aparacaqlar. Xal itirməyə haqqımız yoxdu. Ancaq qələbə üçün oynayacağıq. Qələbədən başqa nəticə bizi razı sala bilməz.

- Oynayacaqsan?

- Bu haqda nəsə deyə bilmərəm. Əsas heyətdə olub olmayacağımı bilmirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail